Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır
Tarix: 10.10.2019 | Saat: 11:33:00 | E-mail | Çapa göndər



Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə də regional təşkilatlarda ərazi bütövlüyü və suverenlik məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV kanalında yayımlanan "Üz-üzə" verilişinə müsahibəsində söyləyib.
Səfir bildirib ki, bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"in tanınmaması haqqında bəyanat verdi. Həmçinin rəsmi Bakı Krımda keçirilən "seçkilər"in legitimliyini tanımadı. Bütün bunlar onu göstərir ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.
Jurnalistin bəzən "Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" münaqişə adlandırılması nə dərəcədə düzgündür?" sualına cavabında A.Xudiyev vurğulayıb ki, əgər qoşunların təmas xəttində və sərhəddə azərbaycanlı əsgər və ya zabit, mülki şəxs öldürülürsə, bu necə "dondurulmuş" münaqişə ola bilər?
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş" adlandırılması ilə razılaşmıram. Bu günlərdə Azərbaycanın daha bir mülki vətəndaşı düşmən gülləsindən həlak oldu. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını dəfələrlə əməllərində sübut edib", - deyə səfir bildirib.
Ukrayna vətəndaşlarının bəzən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparılması məsələsinə də toxunan A.Xudiyev deyib: "Biz Ukrayna ilə siyasi məsləhətləşmələrdə həmişə bildiririk ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər həm ölkə qanunvericiliyinin pozulmasıdır, həm də insanların həyatı üçün təhlükəlidir. Xarici ölkə vətəndaşların nəzarətsiz zonalara aparılması olduqca təhlükəlidir. Ona görə də bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi rəsmi saytında vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməməyə dair daha bir bəyanatla çıxış edib".
Diplomat müsahibəsində, həmçinin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri, SOCAR-ın, Azərbaycan Ticarət Evinin bu ölkədəki fəaliyyəti barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir”
03.07.2020
Ukrayna XİN başçısının müavini Əminə Caparova Azərbaycana təşəkkür edib
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 Ev şəraitində Xan kababı-VIDEO
5 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info