Ağcabədidə çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınıblar
Tarix: 10.10.2019 | Saat: 12:26:00 | E-mail | Çapa göndər


Oktyabrın 9-da Ağcabədi rayonunda təntənə ilə keçirilən yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyəti, icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərb quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb. Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu diqqətə çatdırıb.
SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ramil İsmayılov hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edərək onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini və hərbi bilikləri mükəmməl öyrənməyi tövsiyə edib.
Çağırışçı Fərid Hüseynovun babası Ədalət Hüseynovun çıxışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, nəvəsini və hərbi xidmətə yollanan gəncləri təbrik edərək bu günün onlar üçün əlamətdar olduğunu vurğulayıb, çağırışçılara nümunəvi xidmət etməyi, Azərbaycan əsgəri adını şərəflə daşımağı arzulayıb.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağcabədi rayon filialının sədri İsmayıl Məhərrəmov xalqımızın qəhrəmanlıq ənənələrindən danışıb, hərbi xidmətə yola düşən gənclərə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş vətən övladlarından nümunə götürməyi tövsiyə edib.
Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Fərid Xankişiyev Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduğunu bildirib.
Mərasimin sonunda gənclər Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
MirHəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib
13.10.2019
Mehriban Əliyeva: Yeniyetmə şahmatçımız Aydın Süleymanlının qalib olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər
12.10.2019
Paşinyanın terrorçuluğa kömək edənlərin qəhrəmanlaşdırılmasına dəstəyi Rusiyaya qarşı addımdır
12.10.2019
Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib
12.10.2019
Azərbaycan Prezidenti Paşinyanın faşist ideologiyasına dağıdıcı diplomatik zərbə endirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info