Prezidentin sahibkarlara ünvanlanan müraciətinə özəl sektordan dərhal cavab gəlib
Tarix: 10.10.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də bir qrup məcburi köçkünlə keçirilən görüşündə sahibkarlara ünvanlanan müraciətinə Azərbaycanın özəl sektorundan dərhal cavab gəlib. Trend-in məlumatına görə, “Kristal Abşeron MTK” Prezident İlham Əliyevin məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında özəl sektora, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə ünvanlanan çağırışından irəli gələrək məcburi köçkünlər üçün yeni binanın inşasını öz üzərinə götürüb. Yeni layihəyə, həmçinin “Kontakt Home” mağazalar şəbəkəsi və “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Özəl şirkətlərin sosial məsuliyyət öhdəliyindən irəli gələrək reallaşacaq binada 50 mənzil “Kristal Abşeron MTK”, 10 mənzil “Kontakt Home” mağazalar şəbəkəsi, 10 mənzil isə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunacaq. Xatırladaq ki, Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı çıxışında Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaqla bağlı çağırış edib. Dövlət tərəfindən özəl sektora daim dəstək göstərildiyini, kreditlər ayrıldığını deyən Prezident İlham Əliyev sahibkarları daha da məsuliyyətli olmağa və məcburi köçkünlər üçün mənzillərin inşasında fəal iştirak etməyə çağırıb. Dövlət başçısı bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinə qeyd olunan istiqamətdə müraciətlərin sayının artacağına əminliyini də bildirib.
Qeyd edək ki, hazırda dövlət tərəfindən həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələlərinin yeni mənzillərlə təmin edilməsi” layihəsi üzrə məcburi köçkünlər üçün yeni binalar, yaşayış kompleksləri inşa olunmaqdadır. Bu günədək məcburi köçkünlər üçün 100-dən çox qəsəbə salınıb.
Xatırladaq ki, 2018-ci ildə istifədəyə verilən “Qobu Park-1” və ötən gün istifadəyə verilən “Qobu Park-2” yaşayış kompleksi, eyni zamanda hazırda tikintisi reallaşan “Qobu Park-3” yaşayış kompleksi özəl sektorun hesabına salınıb. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir
11.10.2019
Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb
10.10.2019
60 il sonra yazılan məktub, 90 illik fotoşəkil, bir ömür bitməyən həsrət...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info