Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının təqdimat mərasimi keçirilib
Tarix: 10.10.2019 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Təqdimatda Azərbaycanın ziyalılarından Qənirə Paşayeva, İradə Hüseynova, Yunus Oğuz, Şəmil Sadiq, Ramiz Əsgər, Nizami Muradoğlu, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, Elçin İbrahimov və digərləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Bu vaxta qədər Azərbaycan-Özbəkistan əlaqələrinə həsr olunmuş kitablar və konfrnslar haqqında ətraflı məlumat verib. Akademik əlavə edib ki, iki dildə çap olunan “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Respublikasının EA Ədəbiyyat, Dil və Folklor İnstitutunun Elmi Şuralarının qərarı ilə nəşr olunub. Bu onun göstəricisidir ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir. Tarixi əhəmiyyətli belə bir lüğətin hazırlanmasında əməyi keçən hər kəsə, xüsusən də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya təşəkkürlərini ifadə edib.
Sonra Azərbaycan Respublikası Prezideti yanında Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” adlı məruzə ilə çıxış edib. Ardınca Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu çıxış edərək belə bir təqdimatın keçirilməsinin önəmindən danışıb.
Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova da layihənin gerçəkləşməsində yardımçı olan hər kəsə təşəkkürlərini çatdırıb.
Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və layihənin rəhbəri Samir Abbasov çıxış edərək yeni nəşrin önəmindən və gələcək əlaqələrdən bəhs edib.
Mərkəzin direktoru layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevə minnətdarlıq edib. Mərkəzin layihəsi olan, ilk dəfə nəşr olunan 23 minə yaxın söz və ifadəni əhatə edən bu lüğətin ərsəyə gəlməsində əməyi keçənlərdən İsmayıl Məmmədlini, Almaz Ülvini və Şohista Ortiqova Kamranlını fəxri diplomla təltif edib. Özbəkistanlı qonaqlar ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif, şairə Xasiyət Rüstəm və tarixçi-publisist Şuhrat Barlas da çıxışlarında bu cür lüğətlərin tərtib edilməsinin türk dünyasının birliyinə xidmət etdiyini vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub
10.10.2019
UNEC-də əməkhaqları artırılıb
10.10.2019
Aİİ XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir
10.10.2019
AMEA Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirəcək
10.10.2019
Bakıda 13-cü Beynəlxalq Təhsil Sərgisi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info