MTRŞ sədri TV rəhbərləri ilə görüşüb
Tarix: 10.10.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın ümumölkə televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmov kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən, qanunvericiliyin tələblərinin xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.
Şura sədri, həmçinin, 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məsələsində yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyi barədə bəhs edib.
Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda müxtəliflik və çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
24.01.2020
Heydər Əliyev Mərkəzində “Bakı və Moskvada onları sevirlər“ fotosərgisi açılıb
24.01.2020
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
24.01.2020
XİN Azərbaycan vətəndaşlarına Çindəki vəziyyətlə bağlı xəbərdarlıq edib
24.01.2020
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib: təkliflər hazırlanacaq
24.01.2020
“Bir çox ölkə könüllülük fəaliyyətinə görə Azərbaycandan nümunə götürə bilər”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11438

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info