Zahid Oruc: Azərbaycan-Rusiya münasibətləri son 100 ildə bu qədər yaxşı olmayıb
Tarix: 10.10.2019 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycanla Rusiyanın əlaqələri isə son 100 ildə bu qədər yaxşı olmayıb. Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. Z.Oruc əlavə edib ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb. O bildirib ki, Prezidentin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız hərbi uğur kimi siyasi bir qələbədir: "Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti belə bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyildi. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bunu etiraf etdi". Mərkəz sədri Azərbaycan cəmiyyətinin bu istiqamətdə təşkilatlanmasının vacib olduğunu bildirib: "Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçilər çağırışımıza səs verdi. Bu hərəkat ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür. 1990-cı ildən fərqli olaraq rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər".




 
Bölməyə aid digər xəbərlər
22.01.2020
“9 fevralda bütün dünya Azərbaycanda demokratik seçkilərin şahidi olacaq”
22.01.2020
“İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub”
22.01.2020
Azərbaycan hökuməti Aİ ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır
22.01.2020
Azərbaycanla yeni sazişin imzalanması üzrə danışıqlar yekun mərhələdədir
22.01.2020
Azərbaycan islahatlara açıq ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info