Aİİ XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir
Tarix: 10.10.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 10-12 oktyabr 2019-cu il tarixdə Bakı Ekspo Mərkəzində keçirilən XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir.
Sərgidə Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. F.Yusifova qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Həmçinin tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini nəzərə çatdırıb.
Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən XIII Beynəlxalq Təhsil Sərgisində Aİİ nümayəndələri ziyarətçilərə ali təhsil müsəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verirlər. Eyni zamanda, ziyarətçilər İnstitutun fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərlə; “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları ilə tanış olmaq imkanına sahibdirlər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır.
Azərbaycan İlahiyyat İnstitutunun XIII Beynəlxalq Təhsil Sərgisində iştirakının məqsədi yerli və xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklər öyrənmək, mədəni əlaqələr qurmaqdır.
Xatırladaq ki, Bakı Ekspo Mərkəzində təşkil olunan XIII Beynəlxalq Təhsil Sərgisi ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəstdir. Sərgi üç gün davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub
10.10.2019
UNEC-də əməkhaqları artırılıb
10.10.2019
AMEA Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirəcək
10.10.2019
Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının təqdimat mərasimi keçirilib
10.10.2019
Bakıda 13-cü Beynəlxalq Təhsil Sərgisi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info