UNEC-də əməkhaqları artırılıb
Tarix: 10.10.2019 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirilib. İclasda universitetin İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər. UNEC-dən bildirilib ki, rektor, professor Ədalət Muradov Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu sosial siyasətdən söz açıb. Rektor, bu siyasətin Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrildiyini vurğulayıb, davamlı olaraq həyata keçirilən sosial siyasətin ənənə halını aldığını diqqətə çatdırıb. Rektor universitetin əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əməkhaqlarının 20 faiz, Zaqatala filialında çalışan əməkdaşların əməkhaqlarının isə orta hesabla 30 faiz artırılması barədə təkliflə çıxış edib.
Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əməkhaqqı 1882 manat, dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əməkhaqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Göstərilən dövr ərzində professorların əməkhaqqı 2,1 dəfə artıb.

UNEC Biznes Məktəbinə yüksəkixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub. Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.
Elmi Şurada UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə onlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qərar qəbul edilib. Bildirilib ki, bu status verilən professor-müəllim heyəti üzvünün akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əməkhaqları əlavə olaraq 50 faiz artırılacaq. Beləliklə, “tədqiqatçı professor” statusu alan professorlar diferensial əməkhaqqı sisteminə görə ödənişlərlə birlikdə 5 min manatdan yüksək əməkhaqqı ala biləcəklər. İclasda yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul olunub. Qeyd edilib ki, Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı, Səhiyyə İqtisadiyyatı, Çin İqtisadiyyatı Tədqiqat mərkəzləri, İslam Maliyyə Mərkəzi yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub
10.10.2019
Aİİ XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir
10.10.2019
AMEA Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirəcək
10.10.2019
Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının təqdimat mərasimi keçirilib
10.10.2019
Bakıda 13-cü Beynəlxalq Təhsil Sərgisi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info