“Türkiyənin hərəkatına qarşı tənqidləri heç cür qəbul etmirik“
Tarix: 11.10.2019 | Saat: 00:00:00 | E-mail | Çapa göndər



Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon rəhbərləri toplantısında çıxış edən R.T.Ərdoğan deyib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqində aparılan “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı çərçivəsində Türkiyənin cənub sərhədində bir terror dövləti qurmaq cəhdinin qarşısının alınmasının uzandığını bildirib.
Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon rəhbərləri toplantısında çıxış edən R.T.Ərdoğan deyib:
“Suriyada bütün proseslərə göz yumub Türkiyəni tənqid etməyi vərdiş halına gətirənləri ağla, vicdana və əxlaqa dəvət edirik.
Hərəkatımızın məqsədi Suriyanın ərazi bütövlüyü və siyasi birliyinə töhfə verməkdir.
Suriya torpaqları üzərində onlarla xarici gücün sanki nizə atdığı bir dövrdə Türkiyənin terroru əngəlləmək üçün başladığı bu hərəkata qarşı tənqidləri heç cür qəbul etmirik.
Suriyanın birliyi, bərabərliyi üçün atdığımız addımlara söz atırlar. Onda siz kənarda durun. Biz yolumuza davam edirik.
Səudiyyə Ərəbistanı əvvəl güzgüyə baxsın. Yəməni bu hala kimlər gətirdi? Hələ Misir, sən heç danışma. Çünki sən (misir prezidenti Sisi) ölkəndə demokratiya qatili olan bir adamsın.
Avropa İttifaqı "işğal hərəkatı” adlandırmağa çalışsanız, işimiz çox asan olar: qapıları açır, (suriyalı) 3,6 milyon qaçqını sizə göndəririk. İkinci (suriyalı qaçqınlara kömək üçün) yardım üçün olan 3 milyard avronu göndərməyəcəkmişsiniz. Siz verdiyiniz sözü bu ana qədər yerinə yetirdinizmi? Yox.
Türkiyənin terror təşkilatları DAEŞ, PKK, YPG və PYD-yə qarşı bu mübarizə qürurunu davam etdirəcək.
Fransa, Almaniya və Hollandiyadan Suriyaya gedən DAEŞ terrorçuların 5500-ünü gəldikləri yerlərə Türkiyə göndərdi.
Türkiyə Suriyada kürd qardaşları deyil, terrorçularla mübarizə aparır.
Suriya xalqına sevgimiz onsuz da müzakirə oluna bilməz. Bizim dərdimiz Suriyanı işğal etməyə çalışan DAEŞ, YPG və PYD kimi terror təşkilatlarıdır, oradakı kürd qardaşlarımızla problemimiz yoxdur. “Sülh çeşməsi” hərəkatı ilə biz cənubda bir terror dövləti qurulmasını əngəlləməyə çalışırıq.
Kimsənin torpağında, malında, mülkündə gözümüz yoxdur. Türkiyə ilə hərəkət edən Suriya Milli Ordusunun da heç vaxt belə niyyəti olmayıb.
Çox qısa zamanda Münbiçdən İraq sərhədinə qədər bütün bölgəni etibar və əmin-amanlığa qovuşdurub Suriya xalqının üzərində 8 ildir dolaşan qara buludları dağıdacağıq.
Başda Amerika Birləşmiş Ştatları olmaqla bütün NATO üzvü olan ölkələrə səslənirəm: biz - Türkiyə bir NATO üzvü ölkəsidir. 5-ci maddəni çox yaxşı bilirlər. Terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərsə, siz buna səssiz qala bilməzsiniz."




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Hindistanda göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb
07.08.2020
Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
07.08.2020
Livanda partlayışla bağlı həbs edilənlər olub
07.08.2020
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
07.08.2020
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 149-a çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info