Bu gün Osloda 2019-cu il üçün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq
Tarix: 11.10.2019 | Saat: 08:58:00 | E-mail | Çapa göndər



Bu gün 2019-cu il üçün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq.
AZƏRTAC Norveç Nobel Komitəsinə istinadən xəbər verir ki, laureatın adı Osloda baş tutacaq xüsusi tədbirdə rəsmi şəkildə elan ediləcək. Bu mükafatı təsis etmiş Alfred Nobelin vəsiyyətinə görə Sülh Mükafatı sülhün bərqərar olması işində ən böyük müvəffəqiyyətlərə nail olmuş şəxsə verilməlidir, lakin son illərdə mükafat bu istiqamətdə işi aparan təşkilatlara da verilir.
Nobel Fondunun Nizamnaməsinə əsasən, laureatları Norveç parlamenti tərəfindən təyin edilən Norveç Nobel Komitəsi seçir. Namizədlərin seçilməsi prosesi və nominantların siyahısı ciddi sirr kimi saxlanır. Ənənəyə görə, Nobel Fondu seçim edilməsi üçün əsas olmuş sənədləri yalnız mükafatların təqdim edilməsi vaxtından 50 il sonra elan edə bilər.
Xatırladaq ki, 2018-ci ildə bu mükafata cinsi zorakılığın silah kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə insan hüquqları üzrə fəallar Denis Mukveqe və Nadiya Murad layiq görülüblər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info