Masallıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş rəsm sərgi müsabiqəsi keçirilib
Tarix: 11.10.2019 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


11 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə Gənclər Mərkəzində 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən gənclər arasında Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş rəsm sərgi müsabiqəsi keçirilib. Tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisİ Camal Manafov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdur. Dahi şair Nəsimi irsinin təbliği, Masallı rayonunun gəncləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, yeniyetmə və gənclərin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması məqsədi ilə “Nəsimi İli” çərçivəsində Masallı rayonunda yeniyetmə və gənclər arasında rəsm sərgi müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə Masallı rayonundan 100-ə yaxın yeniyetmə və gənc qatılmışdır. Müsabiqədə İştirakçılar əsərlərində əsasən Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, sənət nümunələrini, müxtəlif peşə sahiblərinin obrazlarını təsvir etmişdilər. Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Belə ki, Əzimov Mətin Mehman oğlu birinci yerə, Kərimova Tutubikə Gülbala qızı ikinci yerə, Əliyeva Sevanə Elşən qızı üçüncü yerə layiq görülmüşlər. Fərqləndiyinə görə isə Cavadzadə Şamxal Qalib oğlu xüsusi diplomla mükafatlandırılıb. Müsabiqədə qalib gəlmiş gənclər Masallı Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info