Səhnənin “Küllücə”si
Tarix: 11.10.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrə biri də əlavə olundu.
Belə ki, bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlil uşaq və yeniyetmlərin özünü ifadə meydanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, fiziki və əqli məhdudiyyətləri olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya 2 qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərəcək.
Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, hazırda studiyanın hər iki qrupunda qızğın məşqlər gedir. Belə ki, ilk olaraq kiçik yaş qrupunun təqdimatında Şarl Perronun məşhur “Qırmızıpapaq” əsəri, böyüklərin qrupunda isə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Solğun çiçəklər” tamaşaları hazırlanır. Təbii ki, hər iki nümunə orijinal pyes üzərində müvafiq ixtisarlar aparılmaqla yeni səhnələşdirmədə, daha çox mahnı və kütləvi rəqslərin fonunda təqdim olunacaq. Onu da qeyd edək ki, “Küllücə”nin yetirmələrinin ilk səhnə nümayişi dekabrın 3-də - Beynəlxaql Əlillər Günündə baş tutacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info