“Zeytinyağlı yaprak sarma” necə hazırlanır?
Tarix: 11.10.2019 | Saat: 20:54:00 | E-mail | Çapa göndər



İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə “Zeytinyağlı yaprak sarma”, yəni zeytun yağlı yarpaq dolmasını təqdim edirik.

Düyü və soğanın ədviyyatla ləzzətləndirilərək üzüm yarpağına bükülməsi ilə hazırlanan bu yeməyə Orta Şərq və Şərqi Aralıq dənizi torpaqlarında, demək olar ki, hər ölkədə rast gəlinir. Hər xalqın ağız dadına görə xırda fərqləri olsa da, bir az adları dəyişsə də, yemək elə eyni yeməkdir.
Türkiyədə əsasən çərəz və ya tamamlayıcı yemək olaraq hazırlanır "zeytinyağlı yaprak sarma"sı. Həm yemək, həm çay süfrələrinə gətirilir. Hər hansı bir heyvan ətindən istifadə edilmədən bişirildiyi üçün vegeterianlar üçün də son dərəcə uyğun bir yeməkdir.
"Zeytinyağlı yaprak sarma"sı, yəni zeytun yağlı dolma üçün nələr lazımdır, əvvəlcə onları sadalayaq:

300 qram duzlu üzüm yarpağı,
1 ədəd limon,
4 yemək qaşığı zeytun yağı,
1 stəkan qaynar su

Dolmanın içi üçünsə bunlar lazımdır:

Yarım (1/2) stəkan zeytun yağı,
3 ədəd orta boylu soğan,
1 stəkan yarım düyü,
1 stəkan qaynar su,
1 yemək qaşığı şam fıstığı,
1 yemək qaşığı kişmiş (kuş üzümü),
1 çay qaşığı duz,
1 çay qaşığı istiot,
1 çay qaşığı nanə,
1 çay qaşığı Yamayka istiotu və ya qara dənə istiot (yenibahar),
yarım çay qaşığı darçın.

Zaman gəldi zeytun yağlı dolmanı hazırlamağa.
Əvvəlcə üzüm yarpaqlarını duzunun getməsi üçün isti su dolu dərin bir qabda 5 dəqiqə saxlayın. Sonra onları sudan çıxarıb soyuq suda yaxalayın, süzün.
Bu arada dolmanın içini hazırlayın. Soğanı xırda-xırda doğrayın. Yarım stəkan zeytun yağını bir qazana tökərək soğan və şam püstəni birlikdə qovurun. Düyünü yuyun. Soğan pörtdükdən sonra düyünü əlavə edib qovurmaya davam edin. Daha sonra növbə ilə kişmiş (quş üzümü), nanə, duz və istiotu əlavə edib yaxşıca qarışdırın. Bir stəkan isti su əlavə edərək düyü yumşalanadək bişirin. Bişən düyünün ilıq olmasını gözləyin, sonra içinə darçın və Yamayka istiotu (qara dənə istiot, yenibahar) əlavə edib qarışdırın və ilıqlaşmaya qoyun.
Sıra gəldi yarpaqları doldurmağa. Yarpağı götürüb düz və ortasından damarlı olan hissəsi üstünə gələcək şəkildə düz zəminə sərin. Zədələmədən kəskin bir bıçaqla az qismini kəsin. Qarışıqdan bir çay qaşığı qədər götürüb orta hissəsinə qoyun. Yarpağın kənarda qalan hissələrini ortaya bağlayıb onu rulon şəklində sarın. Eyni prosesi bütün yarpaqlara tətbiq edin.
İndi qazanın dibinə bir neçə üzüm yarpağı düzün, hazırladığınız dolmaları yan-yana qoyun. Limonu halqa-halqa dilimləyib sarmaların üzərinə yerləşdirin. Bişirərkən açılmasın deyə üzərinə bir nimçə qoyun. Bir stəkan yarım qaynar su və 2 xörək qaşığı zeytun yağını da qazana əlavə etdikdən sonra qapağını örtün, dolmaları zəif odda təxminən 35 dəqiqə bişirin. İstəyə görə ilıq və ya soyuq halda süfrəyə gətirə bilərsiniz. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
08.11.2019
“Su böreyi” necə hazırlanır?
07.11.2019
Adana kababı necə hazırlanır?
03.11.2019
Qaraciyər paştetinin hazırlanması
01.11.2019
Naxçıvan mətbəxi - Qatıq aşı
29.10.2019
Məşhur Ordubad qayğanağı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info