Əməkdar artist Yaqub Zurufçunun solo-konserti anşlaqla keçib
Tarix: 12.10.2019 | Saat: 20:38:00 | E-mail | Çapa göndər



Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçunun Bakıda möhtəşəm solo-konserti olub.

Heydər Əliyev Sarayında təşkil olunan konsertdə Y.Zurufçunu Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi müşayiət edib.
Konsertdən əvvəl AZƏRTAC-a açıqlama verən müğənni həmişə olduğu kimi, bu dəfə də xalq və bəstəkar mahnılarına üstünlük verəcəyini deyib. Bildirib ki, sevilən bir çox mahnılarını da səsləndirəcək. Sonuncu dəfə on il əvvəl M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verdiyini bildirən müğənni bu konsertin də maraqlı və yaddaqalan olacağını vurğulayıb. Konsertin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirildiyini söyləyən Y.Zurufçu bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə sevgisindən danışıb. Qeyd edib ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.
“Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları, həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Yaqub Zurufçunun konserti bu gün burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır”, - deyə R.Hüseynov söyləyib.
Müğənnini konserti münasibətilə təbrik edən natiq ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra konsert proqramı təqdim olunub.
Müğənninin məlahətli və əsrarəngiz ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info