Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
Tarix: 14.10.2019 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Son vaxtlara qədər kənd təsərrüfatı və turizm anlayışlarını birlikdə düşünmək mümkün deyildi. Aqroturizm yarandıqdan sonra, hətta turizm və tətillə bağlı fikirlər kökündən dəyişməyə başladı. Bu gün dünyada bir-birinə bənzəyən turizm xidmətləri artıq insanları qane etmir. Tətil zamanı necə əylənməyi öyrədən animasiyalar, səs-küylü təqlidlər, böyük şəhərdəki çoxlu gecə klubları, çoxulduzlu, lakin bir növ istirahət edə bilmədikləri otelləri görmək istəməyənlər fərqli axtarışlara başlayırlar. Bu zaman həmin axtarışlara aqroturizm və ekoturizm kimi turizm fikrini kökündən dəyişdirən anlayışlar cavab verir.

Aqroturizm nədir?

Kənd yerlərində yaşayan insanların təqdim etdiyi turizm xidmətinə aqroturizm, yaxud kənd təsərrüfatı turizmi deyilir. Aqroturizm çərçivəsində təqdim edilən xidmətlər səyahətçilərə unutduqları bəzi gözəllikləri yenidən xatırladır. Xidmət göstərilən bölgədə geniş yayılmış mətbəx mədəniyyəti qorunur və bölgədə yetişdirilən xüsusi kənd təsərrüfatı məhsullarına üstünlük verilir. Evdə hazırlanan zeytun yağı, şərabçılıq, xalça toxuma, çörək bişirmək və əl işləri kimi fəaliyyət növləri yenidən davam etdirilir. Otellər tikmək əvəzinə, yerli memarlığın qorunması, evlərin istirahət evləri fəaliyyət göstərməsinə və s. üstünlük verilir.
Əslində turizmin əsl məqsədi fərqli yerləri görmək, fərqli insanlar və mədəniyyətlər ilə tanış olmaqdır. Bu gün yerli xüsusiyyətlərə hörmət edən, təbiəti məhv etməyən aqroturizm bu məqsədə qovuşmaq mümkündür.
Aqroturizmin təcrübəsi xüsusilə qadınlar üçün mühüm töhfələr verir. Bir sıra ölkələrdə kənd təsərrüfatından kifayət qədər gəlir əldə edə bilməyən və buna görə yoxsulluqla üzləşən bəzi bölgələrdə aqroturizm qadınlar üçün yeni iş imkanları yaradır. Kənd təsərrüfatı turizminin inkişaf etdiyi bölgələrdə milli mətbəx mədəniyyəti inkişaf edir, əl işləri və digər xidmətləri kimi fəaliyyətlər artmağa başlayır və yerli memarlıq qorunur.
Bir çox ölkələr müxtəlif proqramlar həyata keçirməklə aqro-eko turizmi dəstəkləyir. Çünki bu təcrübələr qısa müddətdə kəndin inkişafının lokomotivi ola bilər. Təxminən 30 il əvvəl kənd təsərrüfatı turizminə başlayan Yunanıstan çox uğurlu nəticələr əldə edib. Əvvəllər yoxsulluqla mübarizə aparan bir çox kənd kooperativ quraraq dövlət dəstəyi alıb və kənd təsərrüfatı turizminə başlayıb. Yerli memarlıq yeniləndi və evlər istirahət evlərinə çevrildi. Milli yeməkləri olan restoranlar quruldu. Bununla da bir çox kənd yoxsulluqdan xilas oldu. Ölkə turizmi də bu şəkildə daha çox inkişaf edir. Yunanıstanın bu uğuru bir çox ölkələrə nümunədir. Bu gün aqroturizmdə lider ölkələr Amerika, İtaliya və İspaniyadır.

BMTİP və Kənd Təsərrüfatı Nazirliyi ilk aqroturizm təşəbbüsünə başlayır

Hazırda ölkəmizdə də aqroturizmin inkişafı istiqamətində addımlar atılır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Kənd Təsərrüfatı Nazirliyi Hacıqabulda iqtisadi və icma inkişafı üçün kənd turizminin və dayanıqlı kənd təsərrüfatının faydalarını təşviq etmək məqsədini daşıyan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində ilk müştərək aqroturizm təşəbbüsünə start veriblər. Təqribən 30 il bundan əvvəl təməli qoyulan və Azərbaycanın olduqca gənc rayonu hesab olunan Hacıqabul hazırda zəngin flora, fauna və çoxsaylı mədəni və tarixi əhəmiyyət kəsb edən memarlıq abidələrinin məskənidir və o, Azərbaycanın mükəmməl aqroturizm məkanlarından biri olmaq üçün böyük potensiala malikdir.
Hacıqabul rayonunun Meyniman kəndində “Nar Vadisi” şirkətinə məxsus özəl sahədə təşkil olunan aroturizm turunda bir sıra milli və beynəlxalq ziyarətçilərlə yanaşı ölkənin işgüzar dairələri, hökumət orqanları və diplomatik nümayəndəliklərdən ibarət 70-dən çox insanı bir araya gəlib. Tədbir Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Aqrar Təchizat və Tədarük Açıq tipli Səhmdar Cəmiyyəti ilə birgə BMTİP tərəfindən həyata keçirilib. Tur iştirakçıları “Nar Vadisi” təsərrüfatının həqiqi meyvələrindən hazırlanan şirələr, Azərbaycanın ənənəvi ədviyyatlı orqanik nar məhsulları, o cümlədən narşərab, habelə Nar Vadisinin su hövzələrində yetişdirilən orqanik balıq və digər yerli qida və içkilərdən dadmaq imkanı əldə ediblər. Qonaqlar həmçinin “Nar Vadisi” şirkətinin təsərrüfatında bu mövsümün ilk nar məhsulunun yığımına başlayaraq daha sonra təcrübəli təlimatçılarla adrenalin dolu at sürmə kimi məşğuliyyətdən zövq almaq imkanı qazanıblar. Meyniman kəndində əlverişli şəraitdə yerləşən “Nar Vadisi” şirkətinə məxsus ərazi 90 hektar sahəni əhatə edir, bunun 40 hektara qədəri nar bağı, 5 hektarı nar şitillərinin yetişdirilməsi üçün istifadə olunan şitillikdir və qalan 40 hektarı isə suvarma çənləri və balıqçılıq üçün istifadə olunur. “Nar Vadisi” şirkətinin meyvə ilə dolu zəngin meyvə bağlarında aqroturizm turunun iştirakçılarına mükəmməl nar növləri təklif edilib. Onların bəzisi əsrlər boyu və ənənəvi olaraq Azərbaycanda yetişdirilən növlər olduğu halda digərləri isə Azərbaycanda yeni yetişdirilməkdədir. İllər boyu aparılan geniş tədqiqatın nəticəsi olaraq, “Nar Vadisi” şirkətinin komandası, ənənəvi olaraq kollarda yetişdirilən nar meyvəsindən fərqli olaraq ağacların gövdəsində yetişən mahiyyət etibarilə yeni nar növünü yaratmağa müvəffəq olublar. Narın bu yeni brend növü “MinaŞirin” adlanır və o, Hacıqabulda bunun kimi aqroturizm turlarının dünyadakı digər ölkələrə nümayiş etdirə biləcəyi kənd təsərrüfatında innovasiya nümunəsidir.
Bu aqroturizm turu turizm və qonaqpərvərlik sənayesinin ən cəlbedici və sürətlə inkişaf edən sektoru kimi arqoturizmə doğru artmaqda olan meyli əks etdirir. Qlobal miqyasda artıq tanınmış bir praktikaya çevrilən aqroturizm müxtəlif ziyarətçiləri əyalət və kəndlərə toplayaraq onlara müxtəlif xidmətlər və əyləncə təklif edən bir fəaliyyətdir. Burada təklif olunan əyləcə növlərinə, o cümlədən, at sürmə, heyvanları yemləmə, meyvə və tərəvəz yığımı, orqanik məhsullar yetişdirən və fermadan-masaya prinsipi ilə işləyən yeməkxana xidmətləri aiddir.
Artıq dünyada BMTİP-nin iqtisadi inkişaf üzrə layihələr həyata keçirdiyi bir sıra ölkələrdə son illərdə aqroturizm layihələrinin icrasına başlanılıb. Bəzi ölkələr ondan öz turizm potensiallarını artırmaq üçün yararlandıqları halda, o, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lərə) nail olmağa kömək etmək, torpağın derqadasiyasının və biomüxtəlifliyin itməsinin qarşısını almaq üçün effektiv bir yoldur.
Dünyada aqroturizm iqtisadi inkişaf proseslərini sürətləndirmək və kənd təsərrüfatında rentabelliyi artırmaq üçün bir vasitə hesab edilir. Aqroturizmin yaranma mərhələsində olduğu Azərbaycanda hökumət və BMT-nin İnkişaf Proqramı, bu yeni sahəni inkişaf etdirmək və kənd turizminə əlavə sərmayə imkanlarını stimullaşdırmaq üçün özəl sektor, kiçik müəssisələr və fermerlərlə əməkdaşlıq yaradaraq ölkədə bu yeni sahəni təşviq edir.
Aqroturizm turu, Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən, qismən BMTİP tərəfindən maliyyələşdirilən və BMTİP və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilən Qlobal Əhəmiyyətli Aqrobiomüxtəlifliyin Qorunması və Dayanıqlı İstifadəsi layihəsi çərçivəsində təşkil olunub.
2016-cı ildə başladığı vaxtdan bəri, layihə, Azərbaycanın Goranboy rayonunda fermerlərin bilavasitə ünsiyyətdə olduğu şəbəkə kooperativləri və Şəki, Qobustan və Tərtər rayonlarında taxıl bitkilərinin gen banklarını yaradıb. Bu gen banklarına ümumilikdə 57 yerli bitki və heyvan növləri və müxtəlif endemik meyvə və tərəvəz məhsulları daxil edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info