Platon şiə olub???
Tarix: 03.09.2013 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


|

ilkinagayev@gmail.com

“Auditoriyada Platon fəlsəfəsindən, onun ideyalar aləmindən danışıram. Lap öndə oturub, ciddi maraqla məni dinləyən bir islam tələbəsi var. Təxmin edirəm ki, mən fikirlərimi bitirəndən sonra o, yaxşı suallarla maraqlı diskussiya qurulmasına yardımçı olacaq. Sonda "kimin nə sualı var?", deyə, soruşanda həmin tələbə gözlərini ciddiyyətlə və təəccüblə geniş açaraq, doğrudan da adamı mat qoyan bir sual verir: "PLATON ŞİƏ OLUB???"...”
Bir-iki ay öncə “Facebook”da belə bir status paylaşmışdım. İndi isə bu statusa bəzi əlavələri etməklə, dini təhsil alan gənclər kontingenti barədə bir neçə kəlmə ilə mövqeyimi bildirmək istərdim.
Birincisi, bu kontingentə çox az sayda BDU-nun İlahiyyat fakültəsində təhsil alanlardan başqa, əksəriyyət təşkil edən özəl məktəblərdə, mədrəsələrdə və sair yerlərdə oxuyan, “kursa gedən” və digərləri daxildir. Fikirlərimi də qısaca olaraq bu kontingent üzərində bildirəcəyəm…
Beləliklə, indiyə qədər aparılan müşahidələr, araşdırmalar göstərir ki, sözügedən kontingentin dünyəvi dünyagörüşü, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı bilgiləri yox dərəcəsindədir. Bu cür yeniyetmə və gənclər əslində birinci növbədə, orta məktəb təhsilini mənimsəyə bilməyən, ali məktəbə normal qaydada imtahan verib daxil ola bilməyən və bundan sonra da “dini alim”, “ilahiyyatçı” olmaq iddiasına düşənlərdən, yaxud “ali təhsil” adı ilə əsgərlikdən yayınanlardan ibarətdir. Beləliklə, normal orta məktəb təhsili bazası olmaya-olmaya, onlar qeyd edilən dini tədris yerlərinə üz tuturlar, yaxud cəlb olunurlar. Bu cür qafaları din adına hər cür “material”larla dolduranda isə onların beyinlərində dünyəvi dünyagörüşlə “dini” dünyagörüş arasında ciddi və fəsadlara səbəb ola biləcək disbalans yaranır. Yəni bu cür gənclərin beyinləri orta məktəbdə mənimsəməli olduqları tarix, ədəbiyyat, coğrafiya və sair fənlərə aid bilgilər əvəzinə, yalnız “dini bilgilər”lə “zənginləşdirilir”. Beləliklə, onlar yaşadıqları ölkə, Vətən barədə informasiyalardan, normal düşüncə tərzindən məhrum olurlar. Ən təhlükəlisi isə budur ki, çox hallarda həmin təhsilsiz və dünyəvi bilgilər haqqında məlumatsız gənclər birdən-birə xarici ölkələrdə sırf siyasi maraqlarla nəşr edilmiş, birtərəfli, təfriqəçi və təriqətçi “dini” ədəbiyyatlar əsasında formalaşırlar, onların cəmiyyətə baxışı da bu kitablar əsasında formalaşan dar düşüncədən irəli gəlir. Beləliklə, orta məktəb təhsilində olan boşluqlar, ardınca da dini təhsil müəssisələri və ocaqlarındakı məhdud təhsil, əsasən xarici ölkələrin müəlliflərinin dini ədəbiyyatı əsasında aparılan tədris sözügedən kontingentin formalaşmasına səbəb olur.
Bu baxımdan həmin dini təhsil müəssisələri ilə bağlı müəyyən nəzarət və ölçülərin götürülməsi, standartların tətbiq edilməsi məqsədəuyğun olardı.
Birinci olaraq həmin yeniyetmə və tələbələr kütləvi şəkildə Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti və dəyərləri ilə bağlı maarifləndirilməlidir.
Buna isə ictimai təşkilatlar, QHT-lər və üçüncü sektora dəstək verən milli donorlar ciddi diqqət yetirməlidirlər.
Eyni zamanda, müvafiq qurumlar dünyəvi ölkədə dini təhsilin standartları məsələsini də bu mövzu ilə bağlı daim diqqətdə saxlamalıdır…




 
Müəllifin son yazıları

08.07.2014 Avtobus sürücüsündən ürkən turistlər...
16.12.2013 Vətəndaşlıq şüuru gücləndirilməlidir
01.11.2013 Ziyalı faciəsi…
14.10.2013 Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
19.09.2013 Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info