Gömrük Akademiyasının tələbəsi: “Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir”
Tarix: 15.10.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Mikayılov Məmməd Vilayət oğlu 14 avqust 2002-ci ildə Bakı şəhərində anadan olub, Xətai rayonu A.Xəlilov adına 263 saylı tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində II ixtisas qrupu üzrə 619.1 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisasına daxil olub. Müsahibimizlə onun özü haqda söhbətləşirik.

- Məmməd, orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi?

- Orta məktəb illərində ən sevdiyim fənn “Coğrafiya” fənni olub. Eyni zamanda, “Tarix” fənnini də çox sevirdim. Ona görə də ikinci ixtisas qrupunu seçdim.

- Hansısa bilik yarışında və ya olimpiadada uğurlarınız olubmu?

- Bəli, oxuduğum məktəbdə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş olimpiadada ikinci yeri qazanmışam. Bu, mənim üçün qürurvericidir.

- Ali məktəb seçimində kimsə sizə istiqamət verib, yoxsa ozünüz qərar vermisiz?

- Özüm Gömrük Akademiyasını seçməyi üstün tutdum. Düzdür, seçimimdə mənə valideynlərim və müəlliməm də istiqamət verib. Seçimimdən çox məmnunam, çünki Akademiyada təhsil almaq mənə gələcək həyatımda və karyeramda bir addım öndə olmağa imkan verir. Eyni zamanda, gələcəkdə gömrük orqanlarında çalışmaq üçün mənə imkan yaradır. Gömrük Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

- Burada fiziki sağlamlıq da vacibdir. İdmanla məşğul olmusunuzmu?

- Üzgüçülüklə, bununla yanaşı, altı il şahmatla məşğul olmuşam və ikinci dərəcəyə layiq görülmüşəm.

- Akademiyada təhsillə bağlı gözləntiləriniz doğrulurmu?

- Akademiyadakı təhsil məni tam qane edir. İstər müəllimlər, istərsə də əməkdaşların tələbələrə münasibəti çox yaxşıdır. Akademiya mənim gözləntilərimi doğruldur.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info