Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
Tarix: 16.10.2019 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnələşdirilib. Musiqili komediya bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları yatağının 70 illiyinə həsr olunub. Operetta 23 oktyabr 2019-cu il tarixində saat 18:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaqdır. Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri, Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır. Tamaşada Bakı Ali Neft Məktəbinin yerli və əcnəbi tələbələri çıxış edir. Bu, Ali Məktəbin tələbələrinin ifasında səhnələşdirilən ikinci tamaşadır. İlk olaraq BANM tələbələrinin rol aldığı Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşaya qoyulub.
Qeyd edək ki, “O olmasın, bu olsun” 1910-cu ildə Üzeyir Hacıbəyli tərəfindən yazılıb və bu, bəstəkarın musiqili komediya janrında yazdığı ikinci əsəridir. Dörd pərdədən ibarət olan əsərdə Azərbaycan xalq musiqisi-muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info