70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
Tarix: 16.10.2019 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


15 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar keçirilir.
Seminarın birinci günü Masallı Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd DSK-ların sədrləri İlkin Hüseynov və Loğman Şahbazov “Seçici siyahıları ilə iş qaydası” mövzularda mühazirələr oxumuşlar. Seminarın birinci gününü 70 saylı Masallı şəhər DSK-nın sədri İlkin Hüseynov və 71 saylı Masallı kənd DSK-ın sədri Loğman Şahbazov yekunlaşdırmışlar. Qeyd edək ki, seminar üç gün davam edəcək.

Əlihüseyn Şükürov,
Həsənağa Əliyev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info