Prokurorluq orqanlarına işə qəbul prosesi başlayıb
Tarix: 03.09.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbuluna başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa işə qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu
prosesinə başlanıb.

Ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 52 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər. Prokurorluqda mövcud vakant vəzifələrin hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə cari ildə elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək. Prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsindən və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə məlumat əldə etmək olar.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info