Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
Tarix: 17.10.2019 | Saat: 11:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azər Paşa Nemətovun İttifaqın nəzdində yaratdığı Rejissor laboratoriyası öz fəaliyyətini davam etdirir...
Hazırda laboratoriyada qurulan tamaşalardan biri olan “Zoopark əhvalatı” səhnə əsərinin premyerası olacaq.
Tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyoru İmran Ali Qurban açıqlamasında bildirib ki, məşhur amerikalı yazıçı Edvard Olbinin “Zoopark əhvalatı” pyesi eyni ad altında tamaşaya qoyulacaq.
"Zoopark Əhvalatı" əsəri dövründən və məkanından asılı olmayaraq, daim aktual və tamaşaçıların ixtiyarına verilə biləcək bir əsərdir. Tamaşada olan personajlardan "Jerry" obrazını aktyor Ramil Zeynalov, "Piter" obrazını aktyor Elçin Hacı, "Qəzet satan" obrazını isə aktyor Rahib Məmmədov canlandıracaq.
Səhnə əsəri 18 oktyabr saat 14:00 tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında oynanılacaq.
Qeyd edək ki, Rejissor laboratoriyasının bədii rəhbəri Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info