Prezident: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
Tarix: 17.10.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə söyləyib.
Prezident İlham Əliyev deyib: “İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN
23.11.2020
Üçüncü dalğa gəlir? – Xəbərdarlıq
21.11.2020
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info