5-ci beynəlxalq rəsm müsabiqəsində həmyerlilərimiz qalib olub
Tarix: 17.10.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Dünya İrsi – Bir gəncin baxışı 2019” adlı 25-ci beynəlxalq rəsm müsabiqəsi keçirilib. Texniki Abidələrin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə təşkil olunan müsabiqə Slovakiyanın Banska Stiavnica şəhərində baş tutub. Bu haqda ”İçərişəhər” DTMQİ Mətbuat Xidməti məlumat verib.
Dünya İrsi şəhərlərindən olan uşaq və gənclər üçün nəzərdə tutulan müsabiqə Banska Stiavnica Bələdiyyəsi tərəfindən 1995-ci ildən etibarən mütəmadi keçirilir. İştirakçılar aid olduqları Dünya İrsi şəhəri yaxud da digər şəhərin təsvirini, tarix və təəssüratlarını, artefaktlar, gündəlik həyat tərzini, sadə sakinləri və gələcəyi əks etdirən rəsm nümunələr təqdim ediblər.
2000-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısında daxil edilən İçərişəhər 2016-cı ildən OWHC-Dünya İrs şəhərləri təşkilatının üzvüdür. Bu səbəbdən İçərişəhər DTMQİ-nin “Muzey Mərkəzi" də sözügedən rəsm müsabiqəsində iştirak edib.
Qiymətləndirilmə üç kateqoriyada üzrə: 9 yaşa qədər, 10-12 və 13-15 yaş arasında olan uşaq və gənclər arasında aparılıb. Hər kateqoriyada ən yaxşı 3 rəsm əsərinin qalibi diplomlarla mükafatlandırılıblar.
KamART İncəsənət Qalereyasının dərnək üzvləri qaliblər sırasında yer alıb. Həmyerlimiz Məryəm Tağızadə 10-12 yaş kateqoriyasında III yerin qalibi, Ayanxatun Məmmədova isə 13-15 yaş kateqoriyasında münsiflərin xüsusi təşəkkürü – “Qürur” Sertifikatı ilə mükafatlandırılıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info