Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub
Tarix: 17.10.2019 | Saat: 22:25:00 | E-mail | Çapa göndər



Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Heydər Əliyev Mərkəzinin və Kocaeli Azərbaycanlı Tələbələr Dərnəyinin (KATD) birgə təşkilatçılığı ilə Kocaeli şəhərində konfrans keçirilib.

TADEF-dən AZƏRTAC-a bildiriblər ki, yerli ictimaiyyətin tanınmış nümayəndələrinin, azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra “Nəsimi” bədii filmi nümayiş olunub.
Tədbirdə TADEF-in və Heydər Əliyev Mərkəzinin sədri Bilal Dündar, KATD-in sədri Akif Kətanov çıxış edərək Nəsiminin yubileyinin bütün türk dünyasında geniş qeyd olunduğunu bildiriblər.
Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyası Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli və jurnalist Məhəmmədəli Qəribli Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 650 min ağacın əkilməsi barədə təşəbbüsü, Nəsimi yaradıcılığının ucalığı və tədqiqinin əhəmiyyətindən danışıblar.
Konfrans iştirakçıları Kocaeli vilayətinin rəsmi şəxsləri ilə də görüşüblər.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info