Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı
Tarix: 18.10.2019 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53 min 894 nəfər və ya 0,5 faiz artaraq bu il sentyabrın 1-nə 10 milyon 35 min 351 nəfərə çatıb. Əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfərdir.
Dövlət Statistika Komitəsindən Moden.az-a verilən məlumata görə, bu ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 91 min 513 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2144-ü əkiz, 54-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.
Cari ilin yanvar-avqust aylarında ölkədə 37 min 916 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,7-yə düşüb.
Səkkiz ayda qeydiyyat şöbələri tərəfindən 42 min 163 nikah və 11 min 317 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Yanvar-avqust aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1342 nəfər Azərbaycana gələn, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN
23.11.2020
Üçüncü dalğa gəlir? – Xəbərdarlıq
21.11.2020
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info