Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
Tarix: 18.10.2019 | Saat: 09:59:00 | E-mail | Çapa göndər



Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Azərbaycanda və Gürcüstanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi münasibəti ilə iki ölkənin incəsənət nümayəndələrinin birgə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, ADFA-nın prezidenti Günel Səfərova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Sülh uğrunda UNESKO artisti”, Fransanın İncəsənət və Filologiya Kavaleri ordeninə layiq görülmüş gürcü pianoçu Elisso Bolkvadzenin konserti və Azərbaycanın Əməkdar rəssamı, beynəlxalq sərgilər komissarı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi Qafqazın iki xalqı arasındakı dostluğun bariz nümunəsidir.
Azərbaycan qadınının şücaətindən, fədakarlığından söz açaraq qeyd edilib ki, ölkəmizdə qadınlar bütün sahələrdə təmsil olunur, ölkə həyatında fəal iştirak edirlər.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin tarixi, musiqisi, mədəniyyəti və ədəbiyyatının təşviqinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb, onun bütün qadınlarımıza örnək olduğu qeyd edilib.
Səfirliyimizin konsulu Zaur Fərhadov çıxış edərək, ölkəmizin Dövlət Müstəqilliyi Günü, müstəqilliyimizin bərpasının ilk illərində üzləşilən çətinliklərdən danışıb, tədbirdə iştirak edən azərbaycanlıları Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Gürcüstanın Fransadakı səfirliyinin müşaviri Qoşa Javaxişvili iki ölkə arasındakı dostluq əlaqələrinə toxunub, Gürcüstan və Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb.
Sonra gürcü pianoçu Elisso Bolkvadzenin solo konserti olub. Gürcü pianoçu Qara Qarayevin əsərlərini ifa edib.
Konsertdən sonra Azərbaycanın Əməkdar rəssamı, beynəlxalq sərgilər komissarı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi ziyarət olunub.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info