Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
Tarix: 18.10.2019 | Saat: 11:04:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 1-ci kurs tələbələri YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçirilən “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgini ziyarət ediblər.
Tələbələr sərgidə XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərləri, afişa və nəşrlər, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarla tanış olublar.
Qeyd edək ki, sərgi rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov; şair və yazıçılardan Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.
Gənclərimiz daha sonra “Danışır Bakı: 1900-1940-cı illər” sərgisini müşayiət edən, YARAT Müasir İncəsənət Məkanına Goethe Zentrum (Azərbaycan) tərəfindən hədiyyə verilmiş, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında quraşdırılmış rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) “Villa Petrolia” instalyasiyası ilə tanış olublar. Bu instalyasiya neft bumu dövrünə (XIX əsrin sonu – XX əsrin əvvəlləri) aid qüllədən ibarətdir və içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq, rəssam tərəfindən toplanmış posterlər və video nümayiş olunur.
Məlumat üçün bildiririk ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info