Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
Tarix: 18.10.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, Şərq ədəbiyyatının korifey mütəfəkkiri Nizami Gəncəvinin Xəmsəsinə aid “Yeddi gözəl” əsəri Daşkənddə çapdan çıxıb.
Nəşrin tərcüməçisi Özbəkistanın xalq şairi, tərcüməçi Camal Kamal, layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, məsləhətçiləri Özbəkistan Milli Elmlər Akademiyasının bölmə müdiri, professor İbrahim Haqqulov və Azərbaycanlı alim, filologiya elmləri doktoru Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmməd-zadədir. “Nizaminin qocalmayan gözəlləri” adlı ön sözdə akademik Rafael Hüseynov Şərq intibahının ən müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaratmış bütün şairləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, heç bir qələm sahibi özündənsonrakı ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməmişdir. Akademik vurğulayır ki, Nizami pak və təmənnasız məhəbbətin cazibədar mənzərələrini daha əvvəlki məsnəvilərində – “Xosrov və Şirin”, “Leyli və Məcnun”da vəsf edib, növbəti əsəri “Yeddi gözəl” əsərində isə həmin xətti davam etdirir, antik və müsəlman mütəfəkkirlərinin mülahizələrini təzədən işləyib, öz sələflərinin təlimlərindən tamamilə fərqlənən, keyfiyyətcə yeni məhəbbət konsepsiyası yaradır. Tanınmış alim R.Hüseynov Nizami təxəyyülünün bəhrəsi olan və “Həft peykər”i bəzəyən novellaların hər birinin emosional gücü, mükəmməlliyi, xarakterlərin təsvirinin parlaqlığı baxımından bu janrda dünya ədəbiyyatının ən diqqətəlayiq inciləri ilə eyniləşdirir.
Sonda Nizami Gəncəvinin Özbək ədəbiyyatına təsiri, Əlişir Nəvainin dahi Nizamidən bəhrələnərək türk dilində “Xəmsə” yaratması, tarixin müxtəlif sınaqlarından çıxmış Azərbaycan-Özbəkistan dostluğunun, ənənələrin davam etdiyi vurğulanır və dahi şairimiz Nizaminin bu gün Azərbaycanda olduğu qədər Özbəkistanda sevildiyi qeyd olunur.
Özbək dilində hazırlanmış nəşrdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə aid saxlanılan miniaturlar verilmişdir.
Qeyd edək ki, Nizami Gəncəvinin “Xəmsə”sinə aid olan beş əsərin Özbək dilinə tərcüməsi ilə bağlı 2015-ci ildə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetində Özbəkistanın Xalq Şairi Camal Kamalla Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında müqavilə imzalanmış və ötən beş ildə dahi şairin əsərləri bütövlükdə Özbək dilinə çevrilmiş, Daşkənddə nəşr edilmişdir. S.Abbasov Azərbaycan və dünya ədəbiyyatının unikal incisi olan Nizami Gəncəvinin “Xəmsə”sinin Özbək dilinə tərcüməsi və nəşrinin qardaş ölkə ictimaiyyəti arasında rəğbətlə qarşılancağını və gələcəkdə Nizami irsinin öyrənilməsi, tədqiqi istiqamətində yeni imkanların açacağını ümid etdiyini bildirib. Nizami Gəncəvi şəxsiyyətinin, irsinin bir daha Azərbaycan xalqının istedadını, böyük mədəniyyət, ədəbiyyat yaratdığını söyləyən S.Abbasov onun Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını və misilsiz poemalar yaratmaqla Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına töhvələrini qeyd edib.
Nəşrin Özbəkistan və Azərbaycanda təqdimat mərasimlərinin keçiriləcəyini qeyd edən S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin bütövlükdə Özbək dilinə tərcüməsi layihəsinin başa çatdığını və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu nadir əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq göndəriləcəyini bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


04.06 11:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info