Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
Tarix: 18.10.2019 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən "Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi" mövzusunda keçirilən dördgünlük seminarın məruzəçiləri - Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton və Ancela Valmsli Dövlət Gömrük Komitəsinin Akademiyasında olublar.
Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnunluğunu ifadə edib. O, Akademiyanın yaranması və inkişaf tarixi, mütəxəssis hazırlığı, DGK-nın əməkdaşları üçün ilkin xidmətə hazırlıq və ixtisasartırma kurslarının təşkili haqqında məlumat verib. Qulu Novruzov Akademiyanın fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet yer tutduğunu bildirib.
Qonaqlar təmsil etdikləri qurumların fəaliyyəti haqqında, xüsusən gömrük işinin təşkili sahəsində müasir biliklərin yayılması istiqamətində həyata keçirilən layihələr haqqında danışıblar.
Görüşdə Akademiyanın fəaliyyətinə dəyərli töhfə verə biləcək sahələrdə əməkdaşlıq perspektivləri və birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Sonra qonaqlar Akademiyada yaradılan infrastrukturla yaxından tanış olublar.
Qeyd edək ki, 15-18 oktyabr tarixlərində keçirilən seminar çərçivəsində Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton və Debbie Tether tərəfindən iştirakçılara "Aviasərnişinlər üçün Riskin İdarəolunmasına Giriş" , "Qərarlara Əsaslanan Riskin İdarəolunması və Digər Texnikalar" , "Profilləşdirmə və Risk Göstəriciləri" və digər mövzularda məlumatlar verilib, praktiki məşğələlər keçirilib.





 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Ekspert: Azərbaycan bir çox məsələlərdə Rusiyanın ardıcıl tərəfdaşıdır
09.12.2019
İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq
09.12.2019
İqtisadiyyat Nazirliyi ilə Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb
09.12.2019
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09.12.2019
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info