Sabahdan havalar daha da soyuyacaq
Tarix: 04.09.2013 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Sabah günortadan sonra Azərbaycan ərazisində hava soyuyacaq, temperatur bəzi yerlərdə 6-8 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, gündüz 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24°, günün birinci yansında 27-32°, axşama doğru 20-24° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Yağışın əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, 05-də arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda qeyri-sabit, soyuq hava şəraiti sentyabrın 7-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info