Azərbaycanda avtomobil almaq asanlaşdı
Tarix: 20.10.2019 | Saat: 10:27:00 | E-mail | Çapa göndər


Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.
Turkustan.info xəbər verir ki, bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.
İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi “App store”dən və ya “Play market” pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.
“Bu mobil tətbiq vasitəsilə yaxınlıqda olan notariusu da tapa bilərsiniz. Hətta onlayn formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiniz. Ondan başqa, rəsmiləşdirmək istədiyiniz əməliyyat, ödənişi kimlər iştirak etməlidir, hansı sənədlərin tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq”, – deyə Ağakərim Səmədzadə bildirib.
Yeni mobil tətbiq oktyabrın sonu-noyabrın əvvəlində işə düşəcək:
“Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə etməklə 24 saat ərzində istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik”, – deyə dövlət rəsmisi bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN
23.11.2020
Üçüncü dalğa gəlir? – Xəbərdarlıq
21.11.2020
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info