İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib
Tarix: 21.10.2019 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” adlı layihənin təqdimatı keçirilib.
Layihənin təqdimatında psixoloqlar, hüquqşunaslar, QHT nümayəndələri, insan alveri ilə mübarizə sahəsində çalışan dövlət qurumlarının nümayəndələri iştirak edib.
Təqdimatı giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq, tədbir iştirakçılarına layihənin əsas məqsədi haqqında məlumat verib. Tədbirdə təşkilatın hüquqşünası Ruslan Mustafazadə layihədə insan alveri qurbanlarına və potensial qurbanlara layihə dövründə göstəriləcək xidmətlər haqqında geniş məlumat verib.
Zenfira Mustafayeva layihədən faydalana biləcək şəxslər, layihənin əhatə edəcəyi coğrafi ərazi barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihənin rəhbəri həmçinin layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər planından danışaraq bildirib ki, insan alveri mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub.
Zenfira Mustafayeva layihədə risk qrupuna daxil olan ailələr üçün pulsuz hüquqi, psixoloji, sosial yardımlar göstəriləcəyi, insan alveri, məcburi əmək mövzularında Dünya TV Telekanalında TV verilişlərin hazırlanıb nümayiş olunacağı və layihə çərçivəsində icra olunacaq digər xidmətlər haqqında danışıb.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradılıb
07.12.2019
Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07.12.2019
Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir
06.12.2019
Yeni marşrut xətti: Əliçıraq yaşayış massivinin sakinləri üçün şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info