Bakıda “Ali Səviyyədə Görüş” adlı beynəlxalq forum keçiriləcək
Tarix: 04.09.2013 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə “Ali Səviyyədə Görüş” adlı Forum öz işinə başlayacaq. Komitədən verilən məlumata görə, Forumun keçirilməsində məqsəd “Birgə Cəmiyyətlər Forumu 2014”ə hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, dini azlıqlar, qadınların cəmiyyətdə aktivliyinin artırılması, qlobal inkişafın yeni paradigması, mədəniyyətlərarası və dinlərarası dialoq kimi mühüm əhəmiyyət kəsb edən problemlərin müzakirə edilməsidir. Ali Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - prezident Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti), doktor İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının direktoru) və Mərkəzin İdarə Heyətinin üzvləri - prezident Tarya Halonen (Finlandiyanın sabiq prezidenti), Walter Fust (YUNESKO-İTU Brodband komissarı) o cümlədən Madrid Klubunun prezidenti Wim Kok (Hollandiyanın sabiq baş naziri) və vitse-prezidentlər Jennifer M. Shipley (Yeni Zelandiyanın sabiq baş naziri), prezident Jorge Quiroga (Boliviyanın sabiq prezidenti) və hər iki qurumun digər üzvləri, o cümlədən tərəfdaş qurumlar - CGDC sədri, prezident Peter Stoyanov (Bolqarıstanın sabiq prezidenti), Dünya Elmlər və Mədəniyyət Akademiyasının prezidenti Dr. İvo Slaus, Gürcüstan Universitetinin həmsədri, xanım Giuli Alasaniya və digər tanınmış simalar iştirak edəcəklər. Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin iclasının keçirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan Ali Toplantı silsiləvi xarakter daşıyacaq. “Birgə Cəmiyyətlər Forumu 2014” layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantılar keçirilməsi nəzərdə tutulur. Forum sentyabrın 6 – a kimi davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir
22.08.2019
Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
22.08.2019
Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info