Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”
Tarix: 22.10.2019 | Saat: 12:35:00 | E-mail | Çapa göndər



Vəliyev Oruc Mansur oğlu 4 dekabr 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində anadan olub. Dizə kənd tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində III ixtisas qrupu üzrə 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasına daxil olub. O, 2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbədir. Oruc Vəliyev suallarımızı cavablandırıb.
Oruc, orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi?

- Orta məktəb illərində ən çox marağım olan fənn “Tarix” fənni idi. Həm “Ümumi tarix”, həm də “Azərbaycan tarixi” fənlərini digər fənlərə nəzərən daha həvəslə öyrənirdim və araşdırmalar aparırdım.
-Hansısa bilik yarışında və ya olimpiadada uğurlarınız olubmu?

- 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda keçirilən “Azərbaycan dili” üzrə fənn olimpiadasında birinci yerə, Naxçıvan Muxtar Respublikası üzrə olimpiadada üçüncü yerə çıxdım. Həmçinin Naxçıvanda keçirilən "Xəmsə" bilik yarışlarında təmsil olunduğum komanda birinci və ikinci yerləri tutub.
-Ali məktəb seçimində kimsə sizə istiqamət verib, yoxsa ozünüz qərar vermisiz?
- Ali məktəb seçimimdə tarix müəllimim Turan Novruzovun rolu olub. Müəllimim mənə Akademiyada olan yüksək tədris səviyyəsi ilə əlaqədar məhz bu ali təhsil müəssisəsini seçməyi tövsiyə edib. Təbii ki, mən də valideynlərimlə məsləhətləşdikdən sonra Akademiyanı seçdim. Düzgün seçim etdiyimə əminəm və heç də peşman deyiləm.
-Gömrük Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Burada fiziki sağlamlıq da vacibdir. İdmanla məşğul olmusunuzmu?
- Məktəb dövründə dərslərlə əlaqədar olaraq idmanla az məşğul olurdum. Lakin Akademiyaya qəbul olduqdan sonra mütəmadi olaraq idmanla məşğul olmağa başlamışam.
-Akademiyada tələbə həyatı, buradakı təhsil sizi qane edirmi?
- Akademiyada tələbə həyatı və təhsil çox yaxşıdır. Hər cəhətdən məni qane edir. Hər şey rəhbərlik tərəfindən yüksək səviyyədə təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
27.11.2020
Həkim Cavid Paşayev: “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər”
25.11.2020
Müharibə davam etsəydi, bəlkə də Paşinyan... Fransız jurnalistlə müsahibə
23.11.2020
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
23.11.2020
Türkiyə faktoru hər şeyi dəyişdi... – Rusiyalı politoloq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info