Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb
Tarix: 22.10.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Oktyabrın 21-də Ukraynanın Jitomir şəhərindəki Mədəniyyət evində "Nəsimi İli"nə həsr olunan tədbir keçirilib. Həmin gün Azərbaycan şairi İmadəddin Nəsimi, eləcə də Ukrayna ədibi Taras Şevçenkoya həsr olunmuş poeziya gecəsi təşkil edilib. Xatırladaq ki, poeziya gecəsi “UA Jitomir” vilayət televiziyası vasitəsilə ilə birbaşa yayımlanıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi tərəfindən keçirilən gecədə tamaşaçılara öncə Nəsimi və Şevçenkonun həyat və yaradıcılığı, eləcə də iki ölkənin poeziyası haqqında ətraflı məlumat verilib. Tədbirdə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğu qeyd olunub. Şairin Azərbaycan dilində yazdığı şeirlərinin zənginliyi və danışıq dilinə yaxınlığı ilə fərqlənməsi hər kəsi heyran edib.
Poeziya gecəsində Jitomir Musiqi Kollecinin müəllimləri iştirak ediblər. Müğənni V. Kosenko Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz”, Müslüm Maqomayevin “Nərgiz” operasından “Nərgiz” mahnısını ifa edib. Gecədə Qara Qarayevin “Uşaq albomu” əsəri, həmçinin Vaqif Mustafazadənin caz musiqisi səsləndirilib. Bununla yanaşı, Ukrayna xalq mahnıları da ifa olunub.
Tədbirdə 17 nömrəli tam orta məktəbdə Azərbaycan dili kurslarında təhsil alan Mədəniyyət mərkəzinin şagirdləri də iştirak ediblər. Poeziya gecəsində qonaqlar Nəsiminin həyat və yaradıcılığına dair rejissor Həsən Seyidbəylinin çəkdiyi "Nəsimi" filmini izləyiblər.
Tədbirin sonunda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi rəhbəri Rac Qasımov tədbirdəki hər kəsə, Azərbaycan ədəbiyyatına daha yaxından maraq göstərdiyi üçün təşəkkür edib: "İmadəddin Nəsimi Azərbaycanın, Taras Şevçenko isə Ukraynanın böyük mütəfəkkirlədirlər. Sizlər bu tədbirdə iştirak etməyinizlə həm hər iki şairə, həm də hər iki xalqın poeziyasına olan sevgi və hörmətlərini göstərdiniz". Tədbirin qonaqları öz xoş təəssüratlarını bölüşərək İmadəddin Nəsiminin şeirləri, həyatı və yaradıcılığı haqqında fikirlərini bildiriblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info