Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir
Tarix: 22.10.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


2019-cu il “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə öz titulunu qorumaqla Castin Rouz son iyirimi ildə ardıcıl üç Avropa Turunu qazanan ilk idmançı olmağı hədəfləyir.
39 yaşlı ingilis idmançının Antalyaya son iki səfəri möhtəşəm olub. 2017-2018-ci illərdə “Türk Hava Yolları Açıq Qolf Turnir”lərində ümumilikdə 35 xal toplayaraq, o, hər iki yarışı qələbə ilə başa vurub.
2013-cü ildən keçirilməyə başlanılan “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə tutduğu üçüncü yer onun Türkiyəyə etdiyi dörd səfəri ərzində qazandığı ən aşağı nəticədir. Ardıcıl səfərləri ilə Türkiyədə qolfun inkişafına verdiyi təkana, öz xeyriyyə məqsədli fəaliyyətinə görə Xarici İşlər Naziri Mövlüd Çavuşoğlu 2017-ci ildə Rouzu Türkiyənin Fəxri Xidmət Mükafatı ilə təltif edib.
Yeddinci dəfə keçiriləcək turnir bu il öz köhnə məkanına, ilk üç yarışın keçirildiyi “Monqomeri Maks Royal” otelinə qayıdır. Builki “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə qələbə qazanacağı təqdirdə Rouz ardıcıl üç Avropa Turu yarışını qazanan ümumilikdə dördüncü, 2000-ci ildə bu uğura imza atmış Kolin Mongomeridən sonra isə ilk idmançı olacaq.
Dünyanın ən yaxşı yeddinci qolf ustası olan Rouz deyib: “Üç dəfəni bir kənara qoyaq, mən heç vaxt eyni turnirdə iki dəfə ardıcıl qalib gəlməmişəm, ona görə də bu inanılmaz olacaq. Amma bu qolfdur, burada siz heç nədən tam əmin ola bilməzsiniz.”
Türk Hava Yollarının Baş Marketinq Direktoru Ahmet Olmuştur deyib: “”Türk Hava Yolları” Castin Rouzun öz titulunu qorumaq üçün yenidən Antalyaya səfər etməsinə şaddır. O, burada yeni standartlar yaradıb və ondan o mükafatı almaq mükəmməl performans tələb edir.”
Türkiyə Qolf Federasiyasının Prezidenti Ahmet Ağaoğlu deyib: “Castin Türk Hava Yolları Açıq Qolf Turnirinin əsas simasıdır və onu yenidən Türkiyədə görmək bizim üçün şərəfdir. O, ən yaxşı oyunçulardan biridir və qolf idmanı üçün əvəzedilməz səfirdir. Əminəm ki, o yenidən bu möhtəşəm turnirin əsas fiquru olacaq.”
“Türk Hava Yolları Açıq Qolf Turniri” 7-10 noyabr tarixlərində Antalyada baş tutacaq və Avropa Turu Roleks Seriyasının tərkib hissəsidir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info