“Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
Tarix: 22.10.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Fərid Cəfərli: “Ən son vasitələrdən, ən yeni texnoloji üsullardan istifadə edib Polşada Azərbaycanımızın təbliğatını aparacağıq”

Son zamanlar Polşadakı gənclərimiz yeni güc mərkəzinə çevrilib. Gənclərin bu aktivliyində Polşa Azərbaycanlıları Birliyi (PAB) əhəmiyyətli rol oynayır. PAB-ın yeni seçilən sədri Fərid Cəfərlinin “Palitra”ya özəl müsahibəsini təqdim edirik.

-Fərid müəllim, öncə sizi tanımaq istərdik

-Mən, Fərid Yasin oğlu Cəfərli 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2005-ci ildə 138 saylı tam orta məktəbi bitirmişəm. Həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam və 2009-cu ildə təhsilimi müvəffəqiyyətlə başa vurmuşam. Ardınca, bir il müddətində Azərbaycan Milli Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşam. 2010-2011-ci illlərdə Çexiyanın Praqa şəhərində yerləşən Nyu-York Universitetində (University of New-York) kommersiya hüququ (Commercial Law) ixtisası üzrə magistratura təhsili almışam.
2011-ci ildən Polşada Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvüyəm. 2011-ci il 26 fevralda Polşanın Vrotslav və 2013-cü ildə Varşava şəhərlərində “Xocalıya ədalət” kampaniyasının təşkilatçılığında yaxından iştirak etmişəm.
2018-ci ildə Polşa Azərbaycanlı Gənclər Şurasında sədr müavini, həmçinin 2018-19-cu illərdə Polşa Azərbaycanlıları Birliyinin regionlar üzrə koordinatoru olmuşam. 2019-cu ildə Polşa Azərbaycanlıları Birliyinə sədr seçilmişəm. Hazırda Polşada özəl şirkətlərdən birində hüquqşünas kimi çalışıram.

- PAB gənclərimizi nə dərəcədə bir araya gətirə bilib?

- PAB olaraq, yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq. Çünki zamanın reallığı bunu tələb edir. Dünya gəncləri dayanıqlı inkişafı seçirsə, biz bu tendensiyadan niyə geri qalmalıyıq? Ən son təbliğat vasitələrindən, ən yeni texnoloji üsullardan istifadə edib Polşada Azərbaycanımızın təbliğatını aparacağıq. Düşünürük ki, ən gözəl təbligat üsulu mədəniyyətlə bağlı olduğu və Azərbaycan mədəniyyəti dünyada rəngarəngliyi ilə secildyi üçün, bu sahəyə diqqətimiz yüksək olacaq. Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Alim Qasımov kimi sənətkarlarımızın yaradıcılıq gecələrini keçirməyimizi planlayırıq.

- Yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirsizmi?

- Bu günlərə gədər praktikada olmayıb. Amma bu gündən diasporumuz müdafiədən hücüma keçdiyinə görə, yerli gənclər təşkilatı ilə əməkdaşlıq edilməsini vacib hesab edirəm. Bununla bağlı Polşa Gənclər Şurası ilə danışıqlara başlamışıq. Yaxın günlərdə Polşa Gənclər Şurasının rəhbərliyi ilə görüşümüz nəzərdə tutulub və bu görüşdə həmin Şuraya, təşkilat olaraq üzvlüyümüz müzakirə olunacaq. Bundan başqa, Polşadakı diasporumuzun inkişafı yönündə əməkdaşlığımız müzakirə olunacaq.

- Polşaya yeni gələn gənclərimizə nə kimi köməklik göstərirsiz?

-Bununla bağlı indiyə gədər biz “Qaynar xətt” yaratmışdıq və kifayət qədər də azərbaycanlılara kömək etdik. Amma hazırda azərbaycanlıların Polşada çoxalmasını nəzərə alsaq, burada fəaliyyət göstərən başqa diaspor təşkilatları ilə birgə hüquqi yardım etməmizi düşünürük. Burada nəyi nəzərdə tuturuq? Polşada yaşayan azərbaycanlıların, əsasən, oturum kartını almaq üçün prosesə hüquqi dəstək verməyi və eyni zamanda, əgər hər hansı dövlət orqanı ilə və ya polislə problem yaşandığı halda, biz ona hüquqi yardım göstərməyi düşünürük. Hesab edirik ki, bu çox vacib olan bir addımdır, çünki bu kimi problemlərlə soydaşlarımız tez-tez qarşılaşırlar. Hüquqi yardımı həyata keçirməmizin zəruri olmasını düşünürük.

- Bu gün polşalıları maraqlandıracaq hansı layihələr həyata keçirirsiz?

-Müasir zamanda trendlərin sürətlə dəyişdiyini nəzərə alsaq və insanların maraq dairəsinin günü-gündən fərqli istiqamətlərdə yönəldiyini ön görsək, deyə bilərik ki, təşkilatımız qarşıya qoyduğu məqsədləri həyata keçirtmək üçün öncədən 1 illik proqramlar tərtib edir. və Bu proqramlar çərçivəsində Polşa ictimayyətini və xüsusən də gəncləri Azərbaycanın siyasi ictimai vəziyyəti, onun tarixi, mədəniyyəti və tarixi şəxsiyyətləri haqqında maarifləndirməyə çalışırıq. Təşkilatımız Azərbaycan üçün önəmli tarixi günlərin geyd olunmasını yüksək səviyyədə təşkil etməklə bərabər, Polşa ictimaiyyəti və mediasını bu barədə məlumatlandırır.
Əlavə olaraq, bunu deyə bilərəm ki, cəmiyyətin əsas lokomotivinin gənclər olduğunu nəzərə alsaq, düşünürük ki, Azərbaycanla Polşa arasında turizm səfərləri, tanıtım səfərlərinin keçirilməsi çox faydalı olardı və bu istiqamətdə lahiyələrimiz üzərində çalışırıq.

- Qarşıda nə kimi tədbirlər keçirməyi planlayıbsız?

-İlkin olaraq, Polşada yaşayan həmvətənlərimizin ölkəmizlə rabitəsinin davamlığını , Polşada dünyaya gələn yeni nəsil azərbaycanlıların doğma dillərinə və tarixlərinə bağlılıqlarını təmin etmək məqsədilə Həftəsonu məktəblərini təşkil etməyi qarşımıza qoymuşuq. Bunun üçün də müvafiq binanın təşkilatımız tərəfindən icarəyə götürülməsi və burada Azərbaycan dili, Azərbaycan tarixi, eyni zamanda, milli mətbəximizin təbliği və öyrənilməsi ilə bağlı dərslərin və tədbirlərin keçirilməsinə çalışacağıq.
Sonda bütün soydaşlarımızi birliyə, bir olmağımıza səsləyirəm. Diaspor olaraq, heç vaxt parçalanmağa getməməliyik, çünki tarix boyu, babalarımızın dediyi kimi, “tək əldən səs çıxmaz” prinsipi bu gün də aktualdır və eyni zamanda, tapdalanmayan prinsipdir. Mənim fikrimcə, heç bir hal, Polşadakı Azərbaycan diasporu olaraq, parçalanmağımıza səbəb ola bilməz. Polşada 250 min erməninin olduğunu nəzərə alsaq, bizim nəinki parçalanmaq, hətta səhv etmək kimi bir şansımız yoxdur. Biz bir olmalıyıq ki, millət olaq. Bu gün dövlət başçısı, cənab İlham Əliyevin yanında olmalıyıq ki, işıqlı sabahlarda müstəqil Azərbaycan yaşasın.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info