Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
Tarix: 22.10.2019 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Türkiyənin məşhur firması olan “Kiğılı” xarici ölkələrdə olan mağazalar şəbəkəsinə 3 yeni mağaza da əlavə edəcək. Firmadan verilən məlumata görə, 5 il ərzində xaricdə 100 yeni mağaza açmaq planlaşdırılıb. Serbiya, Rumıniyada açılan mağazalardan sonra, oktyabr ayının sonuna qədər Azərbaycanda 3 yeni mağaza birdən açılacaq. Türkiyədə 225 mağazası olan və son investisiyaları ilə xaricdə, 20 ölkədə 98 satış nöqtəsinə olan firma artıq başqa ölkələrdə fəaliyyətini daha da genişləndirməyi nəzərdə tutur. Son planlardan biri kimi, Azərbaycanı nəzərdə tutan firma Bakının ən məşhur iki alış-veriş mərkəzi olan “ParkBulvar” və “Metropark”da, həmçinin şəhərin mərkəzi ərazilərindən olan Elmlər Akademiyasında açacağı 3 yeni mağazada çoxçeşidli məhsullarla xidmət göstərməyə hazırlaşır. Firma burada özünün xüsusi kolleksiyalarını müştərilərinə təklif etməyi nəzərdə tutur. “Kiğılı”nın CEO-su Hilal Suerdem Azərbaycanın, həm daxili bazarda istehlakçı tələbinin yüksək olduğu, həm də türk sərmayəçilər üçün böyük imkanlar açan bir ölkə olduğunu bildirib: “ Biz də bu imkanları dəyərləndirərək şəhərin ən mərkəzi yerlərində mağaza açmağa davam edirik. Qarşıdakı 5 il ərzində böyük hədəflərimiz var. Yeni investisiyalar, gəlir və məşğulluqla bağlı addımlar atırıq. Hədəfimiz yeni bazarlara açılmaq, həm də xidmət etdiyimiz bazarlarda fəaliyyətimizi genişləndirməkdir. Hazırda hədəfimizdə Balkanlar və Yaxın Şərqdə satış nöqtələrimizin sayını artırmaqdır. 2020-ci ildə Almaniya, Kanada, İtaliya və Rusiya kimi önəmli ölkələr də hədəf bazarlarımız olacaq. Qısa müddətdə Misir, Qazaxıstan, Kosovo, Qətər, Gürcüstan, İraq, Bolqarıstan başda olmaqla, ən az 10 yerdə yeni mağaza açmağı nəzərdə tuturuq. Cümhuriyyətin 100-cü ilinə xaricdə 100 yeni mağaza ilə daxil olmağı hədəfləyirik. Türkiyədə yaratdığımız “Türkiyənin ən yaxşı kişi geyim markası” fikrini xaricə də inteqrasiya edərək, bunu “Brend of Turkey” fikri ilə birləşdirmək istəyirik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN
23.11.2020
Üçüncü dalğa gəlir? – Xəbərdarlıq
21.11.2020
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info