“Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ klanı arasında kəskin münaqişə mövcuddur”
Tarix: 22.10.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Ötən gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu növbəti "Qarabağ Saatı" adlı mətbuat konfransı keçirib. O deyib ki, hazırda Ermənistanda çox ciddi proseslər gedir. Yaxın gələcəkdə işğalçı ölkədə siyasi xaos daha da kəskinləşəcək.
Politoloq qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ klanı arasında kəskin münaqişə mövcuddur. Hazırda fərqli siyasi qütblərə ayrılan Ermənistan hakimiyyəti Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsi ilə bağlı bir-birilərinə qarşı fikirlər səsləndirirlər.

Mübariz Əhmədoğlu vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurları qəbul etməyən qüvvələr ölkədə siyasi xaos yaratmağa çalışırlar. Oktyabrın 19-da keçirilən qanunsuz aksiya da bu təxribatın tərkib hissəsidir. O, həmçinin əlavə edib ki, bəzi xarici qüvvələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Bu da təxribatın səbəblərindən biridir.
Azərbaycanın xarici əlaqələrinin yüksək səviyyədə olduğunu deyən politoloq vurğulayıb ki, ölkəmiz bir neçə gündən sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. O əlavə edib ki, bu, Azərbaycanın növbəti uğurudur.
Politoloq əlavə edib ki, Mariya Zaxarova son açıqlamasında həm Dağlıq Qarabağ məsələsində, Qaregin Njde və K.Zatulinlə bağlı əsl dövlətçi mövqeyi nümayiş etdirdi: “Əlbəttə, daha konkret danışa bilərdi. Ən azı Q. Njde ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin özünün ayrıca mövqeyi var. Rusiya Xarici İşlər Nazirliyinin 2 işçi qrupu məhz ondan ötrü Ermənistanda olub və mətbuatda yayılmış məlumatları öyrənib, sonda ortalığa mövqe qoyub. M.Zaxarova gərək o sənədin ruhuna yaxın danışardı. M.Zaxarova K.Zatulini başa salmağa cəhd etdi ki, onun mövqeyi Rusiya dövlətinin mövqeyi deyil. Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur. Bir müddətdən sonra K.Zatulin yenə Dağlıq Qarabağın Azərbaycana məxsusluğu fikri ilə hesablaşmayacaq. Çünki Rusiyanın dövlət maraqları onun üçün vacib deyil. Onun üçün vacib Ermənistan dövlətinin maraqlarıdır və Ermənistandan gələn bəzi naz-nemətlərdir”.

XİN: “Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Lion inzibati məhkəməsinin bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə, Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair bu ilin 17 oktyabr tarixli qərarını alqışlayır. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub.
“Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib. Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbist qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır”, - deyə məlumatda qeyd olunub.
Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 22-də Xocavənd rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.

Şəhid Natiq Babayev və Namiq Abdullayevin anım tədbiri keçirilib

Bu arada Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Natiq Babayev və Namiq Abdullayev Şəhidlər xiyabanında anılıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Natiq Babayev və Namiq Abdullayevin anım tədbiri keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçın rayonunun seçilən rayonlardan olduğunu bildirib: "Bu gün bu müqəddəs məkanda uyuyan, torpaqlarımız uğrunda canlarını fəda etmiş Natiq və Namiq şərəfli bir həyat yaşadılar. Onlar yaşadıqları qısa ömürləri ilə gəncliyə, gələcəyə nümunə oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir kəs diqqətə, hərmətə layiqdir. Sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkirik, xüsusi anım günlərini keçiririk. Düşünürəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlətin xüsusi diqqət və qayğısı var. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm və biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünün təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”. Daha sonra tanınmış şairlər İlham Qəhraman və Nazim Əhmədli, Xuraman Camalqızı N saylı hərbi hissənin qərargah rəisi olmuş Rafiq Nağıyev və veteranlar Babək Məmmədov, İsabalı Əsgərov şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar. Qeyd edək ki, əslən Laçın rayonunun Pircahan kəndindən olan Namiq Şamil oqlu Abdullayev 1962-ci il 27 apreldə Bakının M.Rəsulzadə qəsəbəsində anadan olub. Namiq 1991-ci ilin axırlarından könüllü hərbi birlikdə sonradan isə N saylı hərbi hissədə ermənilərə qarşı aparılan bir çox əməliyyatlarda fədakarlıqla iştirak edib. Namiq Abdullayev 1992-ci ilin 19 oktyabrında şəhid olub.
Babayev Natiq Rafiq oğlu 22 noyabr 1972-ci ildə Laçın şəhərində doğulub. N saylı hərbi hissənin əsgəri olan Natiq Babayev 1992-ci il oktyabrın 19-da Tığik kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Əhmədli kənd mədəniyyət evinə Natiq Rafiq oğlu Babayevin adı verilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info