Peskov Cefrinin bəyanatına münasibət bildirib
Tarix: 23.10.2019 | Saat: 11:44:00 | E-mail | Çapa göndər


"Son bir neçə ildə kürdlərin ən yaxın müttəfiqi olan ABŞ onları atdı, sərhəddə türklərlə vuruşmağa məcbur etdi". APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin kürdlərin əldə olunan razılıqda müəyyən olunan əraziləri tərk edəcəyinin şübhəli olması ilə bağlı bəyanatına münasibət bildirən Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. "ABŞ son illərdə kürdlərin ən yaxşın müttəfiqi idi. Yekunda ABŞ kürdlərə xəyanət etdi. İndi isə kürdləri türklərlə vuruşmağa məcbur edirlər. Tamamilə aydındır ki, silahlı kürd qruplaşmaları geri çəkilməsə, Suriya sərhədçiləri və Rusiya hərbi polisi çəkilməli olacaq. Bu zaman isə faktiki olaraq kürd qruplaşmaları Türkiyə ordusunun zərbəsi altına düşəcək", - deyə D. Peskov bildirib. Qeyd edək ki, C. Cefri Soçidə Rusiya ilə Türkiyə arasında əldə olunan razılıqda çox boşluqların olduğunu söyləyib. O, kürdlərin məlum ərazilərdən geri çəkilməsinə şübhə ilə yanaşıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info