ADPU-nun nümayəndələri İsveçdə beynəlxalq təlimdə iştirak ediblər
Tarix: 23.10.2019 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları İsveç Krallığının paytaxtı Stokholm şəhərində təlim səfərində olublar. Kral Texnologiya Universitetində (KTH) keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov iştirak ediblər.
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində Azərbaycanın layihədə tərəfdaş olan 11 universitetinin nümayəndələri və dünyanın digər 6 ölkəsinin, o cümlədən, Yaponiya, Çin, Braziliya, Argentina, Çili, Kolumbiyanın təmsilçiləri də iştirak ediblər.
5 gün davam edən təlimdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO standartlarının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universitetinin aparıcı mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş olunub, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və faydalı müzakirələr aparılıb. Təqdimatlarda KTH Kral Texnologiya İnstitutunda tədris prosesinin nümunələri, tələbələrin öyrənmə prosesinə cəlb edilməsi, dayanıqlı inkişaf məqsədlərinin tədris və fənn proqramlarına inteqrasiya imkanları, fəal təlimin əhəmiyyəti, tələblərdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, müəllimin qrupla və qrup daxilində komandalarla iş prinsipləri, qiymətləndirilmə meyarları, növləri və s. haqqında danışılıb.
Təlim çərçivəsində KTH-in şəraiti, infrastrukturu ilə tanışlıq məqsədilə daxili ekskursiya da təşkil olunub. Bununla yanaşı oktyabrın 18-də tədbirdə iştirak edən azərbaycanlı nümayəndələrin təşkilatçılığı ilə təlimdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib. Beynəlxalq təlimin yekununda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Psixoloqların əmək haqları artacaqmı?
12.12.2019
Gürcüstandakı azərbaycanlı şagirdlər dərsliklərlə təmin olunaq
12.12.2019
Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019
Ədəbiyyat İnstitutunda elmi seminar: hürufi qaynaqlarında Seyid Nəsimi
11.12.2019
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info