Erməniləri qorxudan nədir?
Tarix: 23.10.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Gələn ilin büdcəsində hərbi xərclər azaldılıb

Ermənistan hökumətinin 2020-ci il üçün təsdiq etdiyi büdcə layihəsinin, əsas parametrləri, gözlənildiyi kimi, ökənin ekspert dairələrində hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Xatırladaq ki, Ermənistanın gələn il üçün nəzərdə tutulan dövlət büdcəsinin, 2019-cu illə müqayisədə 430 milyon dollardan çox artırılması planlaşdırılır.
Onu da xatırladaq ki, bu il sentyabırın 30-da ölkə parlamentində qəbul edilmiş layihəyə görə, büdcənin gəliri 1.69 trilyon, xərcləri isə 1.88 trilyon dramdır. Büdcənin kəsiri 182,6 milyon dram, inflyasiyanın isə 4 faiz səviyyəsində olacağı planlaşdırılıb. Əslində, təqdim edilən rəqəmlərdəki artıma diqqət çəkərkən, adamın ağlına gələ fikir Ermənistan kimi sönük bir ölkənin iqtisadi böyüməsinin hansı vasitələrlə əldə ediləcəyi ilə bağlıdır.
Məhz elə bunun nəticəsidir ki, bu gün Ermənistanda bir çox iqtisadçının hökumətin gələn il üçün təyin etdiyi maliyyə məqsədlərinin yerinə yetirilməsinin mümkünlüyünə dair əsaslı şübhələri var. Əslində, bu elə də təəccüblü deyil. Çünki hökumət əlavə vəsaitin hardan əldə ediləcəyi barədə heç bir məlumat vermir. Ona görə də, ölkədəki bir-çox iqtisadçılarla yanaşı, elə sadə xalq da parlamentə çıxarılacaq büdcə layihəsinin müzakirələri zamanı hökumətin əlavə vəsaitin haradan əldə ediləcəyi barədə inandırıcı dəlillər gətirəcəyinə ümid etmirlər.
Qeyd edək ki, bir çox erməni iqtisadçılarını büdcə layihəsindən narazı salan gələn il üçün hərbi sahəyə ayrılan vəsaitin azlığı ilə bağlıdır. Belə ki, gələn ilin büdcə layihəsində hərbiyə cəmi 300 milyard dram ayrılıb.
Maraqlıdır ki, «Qolos Armenii» saytı bölgədəki hərbi-siyasi vəziyyətə diqqət çəkərək bunu gələn ilin büdcə layihəsinin əsas «səhvi» kimi dəyərləndirir. Bu yaxınlarda Bakıda keçirilən Türkdilli Dövlətlər Şurasının iclası zamanı Azərbaycan Prezidentinin «Zəngəzurun Ermənistana verilməsi türk dünyasında coğrafi parçalanmaya səbəb oldu» fikirlərini xatırladan sayt, Türkiyə Perezidentinin cavab olaraq «Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni edəcəyik»-deyə bəyan etməsinin erməni rəhbərlərini qorxuya saldığını gizlətmir: «Belə olan halda Ermənistanın hərbi büdcəsinə etinasız yanaşma ölkənin gələcəyi üçün çox narahatlıqlar yaradır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info