İranlı cüdoçular bütün yarışlardan kənarlaşdırıldılar
Tarix: 23.10.2019 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyasının (IJF) İntizam Komissiyası İran Cüdo Federasiyasının bütün yarışlardan kənarlaşdırılmasına qərar verib.
Qoal.az xəbər verir ki, İran idmançıları təkcə beynəlxalq yarışlardan yox, həmçinin inzibati və sosial tədbirlərdə iştirak etmək hüququndan da məhrum olublar.
IJF bu ilin sentyabrında Yaponiyada keçirilmiş dünya çempionatındakı hadisə ilə əlaqədar federasiyanı yarışlardan müvəqqəti kənarlaşdırıb.
Mundial ərəfəsində avqustun 28-də iranlı Said Mollaei federasiya və ölkə rəhbərliyinin göstərişi ilə İsrail təmsilçisi Saqi Muki ilə mümkün görüşün qarşısını almaq üçün turnirdə iştirakdan imtina edib.
Rəsmilər daha sonra Mollaeiyə belə bir göstəriş vermədiklərini və imtinanın idmançının şəxsi təşəbbüsü olduğunu bildiriblər. Araşdırmanın yekununda isə IJF İran Cüdo Federasiyasının günahkar olduğunu aşkarlayıb.
Cəzanın aradan qaldırılması üçün İran Cüdo Federasiyası IJF-yə təşkilatın nizamnaməsinə uyğun olacağına dair zəmanət verməlidir.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Azərbaycan yığması Ermənistanla eyni qrupa düşüb
11.12.2019
“AZE Nakhchivan-Köln SK” Futbol Klubunun tərkibində akademiya yaradılıb
11.12.2019
Talesiz “Qəbələ“nin taleyi necə olacaq?-VIDEO
11.12.2019
“Napoli” Karlo Ançelottini qovdu
11.12.2019
ÇL-də növbəti 1/8 finalçılar bəlli oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info