Heydər Əliyev Fondundan birincilərə hədiyyə
Tarix: 04.09.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Artıq 10 ildir ki, Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində “Təhsilə dəstək” layihəsi çərçivəsində aksiya həyata keçirir.
Fonddan verilən məlumata görə, ənənəyə çevrilmiş aksiya qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edir. 2013-2014-cü dərs ili ərəfəsində gerçəkləşən növbəti aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Onlar üçün nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı artıq məktəblərə paylanıb.
Məktəb həyatına Fondun töhfəsi ilə başlayan birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub. Ötən illərdə Fond qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərmişdir. 2008-2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabər olub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info