“Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olub: VİDEO
Tarix: 24.10.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Yenilənmiş “CinemaPlus 28 Mall” premium kinoteatrında “Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olunub. Şou-biznesin ulduzları, jurnalistlər, bloggerlər, sahibkarlar və böyük təşkilatın rəhbərləri gecəboyu əyləniblər. Onlar DJ, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilərin əhatəsində xoş anlar yaşayıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraflar da olub. Şou proqramın özü musiqi tərtibatlı, zombilərdən və qonaqları əyləncəli karikaturaları ilə əyləndirən rəssamdan ibarət idi.
Film üslubunda bəzədilən kinoteatrda qonaqlarla birgə əyləncəli anlar yaşanıb. Tezliklə baş tutacaq Halloween bayramına aid dekorlar da kinoteatrda yer alıb.
İkinci film izləyiciyə yeni bir obraz göstərəcək. Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, indi isə qəhrəmandır.
Filmin rejissoru: Ruben Fleyşerdir. Baş rollarda Cessi Eyzenberq, Vudi Harrelson, Emma Stoun, Abigail Breslin, Rozario Douson, Zoi Doyç, Bill Mürrey, Den Aykroyd, Lyuk Uilson və Evan Coqia. Tədbirində təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Made.az”, “Say Say events” dekor şirkəti, “Light in Black”, karikaturaçı Eyvaz Soltanlı, “Harmony Dance Studio by Farid Mehdiyev”, “Kolorit” kafesi, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər. “CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda
02.06.2020
Şanxayda Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info