Əli Kərimlinin sürücüsünün istintaqa ifadəsi məlum olub: VİDEO
Tarix: 24.10.2019 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri və partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov istintaqa narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2013-cü ildən AXCP-yə üzv olduğunu bildirən Paşa Umudov deyib ki, 2014-cü ildən AXCP Nizami rayon Təşkilatının sədri olub.
O bildirib ki, 2014-cü ilin sonlarından etibarən Əli Kərimlinin sürücüsü kimi çalışıb: “Təxminən 5 ildir ki, marixuana istifadəçisiyəm. 15 oktyabrda yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Vəkilin iştirakı ilə üstümə baxış keçirilib və bununla bağlı çəkiliş aparılıb. Üstümdən 3 büküm qurudulmuş marixuana aşkarlanıb”. İş üzrə saxlanılan Heydərov Bayram Müseyib oğlu isə bildirib ki, 2-3 ildir narkotik istifadəçisidir. O, bir neçə dəfə pul müqabilində Paşa Umudovdan narkotik aldığı deyib. Narkotik istifadəçisi olan Quliyev Rauf Akif oğlu isə qeyd edib ki, 4-5 ay öncə Xətai rayonunda Paşa Umudov ona marixuana gətirib və onlar bunu birlikdə istifadə ediblər. Hazırda Köhnə Günəşli qəsəbəsində yaşadığını deyən Məmmədov Mais Söhrab oğlu deyib ki, narkotik vasitəni Paşa Umudovdan alıb və istifadə edib.





 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
23.11.2020
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
22.11.2020
Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq - Hikmət Hacıyev
22.11.2020
Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi
22.11.2020
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11857

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info