Finlandiya nəşrində Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc olunub
Tarix: 24.10.2019 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.
Nazir E. Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.
Peter Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.
Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək, BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.

Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Yeri gəlmişkən, ATƏT-in hazırkı sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak deyib ki, ATƏT-in hazırkı sədrinin vasitəçiliyi ilə yaxın zamanlarda Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Onun sözlərinə görə, görüş zamanı Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.
M.Layçak bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin münaqişənin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirir: "İl ərzində biz müsbət siqnallar, liderlər və nazirlər səviyyəsində dialoqlar müşahidə etmişik. Eyni zamanda qoşunların təmas xəttində insan itkilərinə səbəb olmuş, narahatlıq doğuran insidentlər də qeydə alınıb. Amma indi vəziyyət, deyəsən stabildir”.
Öz növbəsində ATƏT-in baş katibi Tomas Qreminger vurğulayıb ki, Minsk qrupunun həmsədrləri qismində vasitəçilər danışıqlarda fəal iştirakını davam etdirir. Amma ciddi irəliləyiş ilk növbədə dövlət rəhbərlərinin siyasi qərarı sayəsində mümkündür.

“Dağlıq Qarabağda “dondurulmuş münaqişə”

Bu arada Finlandiyalı jurnalist Antero Eerolanın Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, “Dağlıq Qarabağda “dondurulmuş münaqişə” sərlövhəli məqalə nüfuzlu həftəlik “Kansanuutiset” qəzetində dərc edilib. Müəllif qeyd edir ki, artıq 25 ildən çoxdur ki, Cənubi Qafqazda yerləşən və Avropanın unutduğu Azərbaycanın Dağlıq Qarabağ bölgəsi siyasi və hərbi qarşıdurma meydanı kimi çoxsaylı insan itkilərinə səbəb olub.
Münaqişə zonasına səfər etmiş jurnalist özünün çətin səfərindən, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xəttindəki vəziyyətdən bəhs edərək qeyd edir ki, bu xəttin arxasında Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi yerləşir. Hesablamalara görə, münaqişə nəticəsində 800 minə yaxın azərbaycanlı məcburi köçkünə çevrilib. Hərbi əməliyyatlar zamanı iki tərəfdən minlərlə əsgər və mülki şəxs həlak olub. Fin jurnalist əlavə edir ki, bu səbəbdən münaqişəni “dondurulmuş” hesab etmək olmaz. O, Azərbaycan ordusu zabitinin sözlərindən sitat gətirir: “Cəbhə xəttində hər gün atəşkəs rejimi təxminən 20 dəfə pozulur. Ermənistan silahlı qüvvələri bizim tərəfi gecə saat ikidə və ya üçdə atəşə tutdu. Əlbəttə, biz atəşə cavab verdik”. Hərbi hissəsinin rəisi, mayor Orxan Nəsirov əlavə edir ki, ermənilər mövqeləri doldurmaq üçün adam tapmaqda çətinik çəkirlər və bu səbəbdən öz qüvvələrini atəş bölgəsində cəmləşdirirlər.
Antero Eerola əlavə edir ki, münaqişə tərəflərinin mövqeləri bir-birindən 300 metr aralıda yerləşir və orada vəziyyət snayperlərin çox olması səbəbindən təhlükəlidir. Onun sözlərinə görə, bundan ən çox dinc sakinlər zərər görür. Cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqəsinin sakini, fermer Salman Quliyev 2017-ci ildə həyətinə atılan mərminin partlaması nəticəsində həyat yoldaşını və nəvəsini itirib. Lakin faciənin baş verdiyi yerdə qoyulan memorial abidənin üzərindəki şəkillər doğmalarını itirən bu insana təsəlli olmayacaq.
Məqalədə qeyd olunur ki, azərbaycanlılar yaşayan Cocuq Mərcanlı kəndinin sakinləri də müharibədən əziyyət çəkiblər. Müəllif yazır: “İyirmi ildən çox bu yaşayış məntəqəsi neytral zonada yerləşən boş xəyalət-kənd olub. 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Cocuq Mərcanlı yenidən Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. Sonra Prezident İlham Əliyevin tapşırığı əsasında bərpa olunan kəndin sakinləri bu gün əcnəbi qonaqları sevinclə qarşılayırlar”. Kənd sakini Atakişi Atakişiyev jurnalistə bildirib ki, indi burada 500 sakin yaşayır. Kənddə suvenir fabriki də istifadəyə verilib.
Bununla belə, qoşunların təmas xətti Cocuq Mərcanlı kəndindən cəmi 700 metrlik məsafədə yerləşir. Yerli poliklinikanın tibb bacısı Nəsibə Hüseynova da bu yaxınlara qədər məcburi köçkün kimi Bakıda yaşayıb. O deyib: “Orada mən özümü rahat hiss etmirdim. Mənim işim və mənzilim olsa da, “məcburi köçkün” kəlməsi məndə hər zaman kədər hissi doğururdu. Buraya gəldiyim zaman bizi nə gözlədiyini bilirdim. Öncə Vətəndir, düşməndən isə qorxmuruq”.
Öz fikirlərini davam etdirən fin jurnalist vurğulayıb ki, müharibə vaxtı evlərindən didərgin düşmüş insanların əksəriyyəti hələ də Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, təşkilatın əsas vəzifələrindən biri bu insanların çəkdiyi əzabların sona çatmasıdır. “Biz həyatımızın sonunadək bu vəziyyətdə yaşamaq istəmirik. Bu cür vəziyyət artıq təxminən 28 ildir ki, davam edir”, deyən Gəncəliyev ermənilərin və azərbaycanlıların birlikdə yaşadıqları vaxtları xatırlayır: “Bizim erməni icmasına əsas mesajımız ondan ibarətdir ki, biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenə bu cür yaşamaq istəyirik. Bununla belə, zamanı geriyə döndərmək olmaz. Artıq qaçqın kimi üçüncü nəsil böyüyür”. O əlavə edib ki, ermənilərin öz yerlərində yaşamasını istəyir: “Lakin onlar da başa düşməlidir ki, azərbaycanlıları öz doğma yurdundan qovmaq olmaz”. Antero Eerola məqalənin sonunda oxuculara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək qeyd edir ki, hərbi əməliyyatlar zamanı Ermənistan təkcə Azərbaycanın bu bölgəsini deyil, həmçinin ona bitişik yeddi rayonu da işğal edib. O əlavə edir ki, atəşkəs haqqında sazişə də indiyədək lazımınca əməl edilməyib və münaqişənin nizamlanmasında mühüm rolu Rusiya, ABŞ və Fransanın həmsədri olduqları, habelə Finlandiyanın da üzvü olduğu ATƏT-in Minsk qrupu oynayır. Dağlıq Qarabağa gəldikdə isə, onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın bu bölgəsindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. “Danışıqların davam etməsinə baxmayaraq, münaqişə tərəfləri arasında nifrətin sonu görünmür”, -deyə jurnalist öz qənaətini bildirib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info