“Dəli yığıncağı” tamaşası Tbilisidə maraqla qarşılanıb
Tarix: 25.10.2019 | Saat: 09:50:00 | E-mail | Çapa göndər



Gəncə Dövlət Dram Teatrı oktyabrın 24-də Tbilisinin A.S.Qriboyedov adına Rus Dram Teatrında böyük ədib, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası əsasında hazırladığı eyniadlı tamaşa ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri tamaşaçılara böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ilə təqdim olunub.

Tamaşanın nümayişindən əvvəl çıxıs edən ağsaqqallar şurasının sədri İsak Novruzov C.Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, səhnə əsərinin Gürcüstanda nümayişini böyük hadisə kimi qiymətləndirib.

Teatrın baş rejissoru İradə Gözəlova tamaşanın əsas süjet xətti barədə danışıb.

Bildirilib ki, birhissəli “Dəli yığıncağı” tamaşasının quruluşçusu Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Əsasən 1920-ci illərdə qələmə alınan səhnə əsərində o dövrün insanlarının cahilliyindən bəhs olunur.

Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa edib.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli və Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr və gənclər də tamaşaya baxanlar sırasında olub.

Tamaşa başa çatdıqdan sonra səfir Dursun Həsənov, ağsaqqallar şurasının sədri İsak Novruzov və başqaları aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıblar.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info