BP Xəzərin Azərbaycan sektorunda qazma işlərinə hazırlaşır
Tarix: 25.10.2019 | Saat: 09:56:00 | E-mail | Çapa göndər



Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazılmasına bu ildən gec olmayaraq start veriləcək.

Bunu "APA-Economics"ə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, "Şəfəq-Asiman" blokunda kəşfiyyat qazma işlərinə bu ilin dekabrında başlanacağı planlaşdırılır.
Qeyd edək ki, sözügedən perspektiv blokunda kəşfiyyat quyusunun qazılması "Heydər Əliyev" qazma qurğusu ilə aparılacaq. Hazırda qurğu kəşfiyyat quyusunun qazılması işləri çərçivəsində "Abşeron" yatağındadır və bu yaxınlarda layihə ərazisini tərk edəcək.
B. Aslanbəylinin sözlərinə görə, qazma qurğusu BP tərəfindən qəbul edildikdən sonra "Şəfəq-Asiman"da işləmək üçün hazırlanacaq.
"Onu alandan sonra bizim hələ qurğuda biraylıq işimiz olacaq (qurğunun qazma işlərinə hazırlanması nəzərdə tutulur – red.)", - deyə BP-nin rəsmisi bildirib.
Qeyd edək ki, "Şəfəq-Asiman"da qazma işləri 12 ay ərzində həyata keçiriləcək. Bu perspektiv blokda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.
ƏMSSTQ sənədinə əsasən, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.

Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir.
Qeyd edək ki, SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.
Nəzərdə tutulan layihə çərçivəsindəki kəşfiyyat quyusunun “Heydər Əliyev” Səyyar Dəniz Qazma Qurğusundan (SDQQ) istifadə olunmaqla qazılacaq.
“Şəfəq-Asiman” kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.

Quyunun qazılması layihəsinə avadanlığın hazırlanması, quyu lüləsində konduktor, üst və aşağı intervalların qazılması, quyuağzı avadanlığın quraşdırılması və qoruyucu kəmərlərin sementlənməsi, quyunun konservasiya edilməsi və quyunun müvəqqəti ləğvi, quyuya təkrar giriş və quyuda sınaq işləri və quyunun tamponajı və ləğvi daxildir.
Qeyd edək ki, 1995-ci və 1999-cu illərdə "Şəfəq-Asiman"da 2-ölçülü (2D) seysmik tədqiqat və onun ardınca isə 2012-ci ildə 3-ölçülü (3D) seysmik tədqiqat həyata keçirilib. Kəşfiyyat quyusunun dəqiq qazılma yeri ilə bağlı qərarın verilməsində seysmik tədqiqatın və sonrakı geoloji təhlükələr və batimetriya üzrə tədqiqatın nəticələrindən istifadə edilib.
Xatırladaq ki, "Şəfəq-Asiman" bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür
04.06.2020
ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
04.06.2020
Özbəkistan portalında Azərbaycan qalaları haqqında məqalə yer alıb
03.06.2020
Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib
02.06.2020
“Muğam axşamları“ layihəsi yeni formatda

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
4 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info