“Terrorla mübarizə əməliyyatımızı təcavüz kimi göstərən yalan bəyanatları qınayıram“
Tarix: 25.10.2019 | Saat: 13:22:00 | E-mail | Çapa göndər


Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT təhlükəsizlik Şurasında Türkiyəyə atılan böhtanlara cavab verdi.

Nümayəndə BMT Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında nə üçün terror təşkilatı PKK/PYD/YPG və DEAŞ-a qarşı “Sülh çeşməsi” hərəkatını həyata keçirdiyinin şərh etdi.
Sinirlioğlu hərəkatın PKK/PYD/YPG və DEAŞ-a qarşı sərhəddən kənarda keçirilmiş məhdud, terrorla mübarizə əməliyyatı olduğunu bildirirək deyib:
“Terrorla mübarizə əməliyyatımızı təcavüz kimi göstərən bütün yalan bəyanatları qınayıram”.
ABŞ-ın Türkiyənin dəstəklədiyi müxalifət qüvvələrinin qəsdən mülki vətəndaşları hədəfə aldığına dair iddialara cavab verən Sinirlioğlu “Bütün beynəlxalq hüquq pozuntuları araşdırılmalıdır. Buna, amerikalı və digər dostlarımızın keçirdiyi əməliyyatlar da daxil edilməlidir” deyib.
Türkiyəni hədəf alan haqsız və çirkin iddiaları əsla qəbul etməyəcəklərini vurğulayan Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Suriyada sahədəki həqiqətlərin ortada olduğunu və bütün dünyanın kimin yalan danışdığını bildiyini sözlərinə əlavə edib.
Bir sıra Avropa ölkələrinin təhlükəsizlik bölgə mövzusundakı tənqidlərinə də cavab verən Sinirlioğlu “Qaçqın axınına qarşı sərhədlərini tikanlı məftillərlə bağlayan ölkələr sərhədlərindən kənarda bir qaçqın düşərgəsi qurmağı istəyirdilər və bu arada hələ də Avropa İttifaqının 2016-cı ildə Türkiyə ilə qəbul etdiyi qaçqınlarla əlaqədar müqavilədəki öhdəliklərini yerinə yetirməsini gözləyirik” ifadələrini işlədib.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”
26.11.2020
Andrey Petrov: Fransa bu prosesdən çoxdan çıxıb
26.11.2020
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
26.11.2020
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
25.11.2020
Texnikalarımızın 85 faizi məhv edildi...- Hrant Baqratyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info